Modern.az

Gürcüstanda qalmaqallı səsyazısı yayıldı - Baş nazirin  istefası tələb olunur

Gürcüstanda qalmaqallı səsyazısı yayıldı - Baş nazirin  istefası tələb olunur

Aktual

7 Mart 2021, 17:51

“Tv Pirveli” televiziya kanalı ötən gün Bidzina İvanişvilinin oğlu Bera İvanişvili və baş nazir İrakli Qaribaşvilinin telefon danışığının səsyazısını yayıb.

 

Modern.az xəbər verir ki, yazıda Bera İvanişvili İrakli Qaribaşvilidən facebook sosial şəbəkəsində ona qarşı mənfi şərhlər yazan məktəblinin cəzalandırılmasını tələb edir. Süjetdə iddia olunub ki, yazıda Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Anzor Çubinidze də yer alıb. Gürcüstanın müxalifət partiyaları audioyazının təqdim olunmasından sonra baş nazirin istefasını tələb ediblər. Avropalı Gürcüstan Partiyasının lideri Gigi Uqulava bildirib ki, növbədənkənar seçkilərə qədər İ.Qaribaşvili istefa verməlidir. Lelo Partiyası bəyanat yayaraq audioyazı ilə bağlı araşdırmanın aparılması və hökumət başçısının istefasını tələb edib.

 

Hakim partiyanın parlamentdəki fraksiyasının sədri Mamuka Mdinaradze səsyazısını saxta adlandıraraq bildirib ki, yazı “KQB sayağı” montaj olunub. Bununla yanaşı Vitse spiker Qia Volski isə səs yazılarının 2011-ci ilə aid olduğunu bildirib. Gürcüstan ombudsmanı Nino Lomcariya audioyazı ilə bağlı təhqiqat aparmağa çağırıb. Aparıcı Nodar Meladze verlişin sonunda bildirib ki, səs yazıları ilə bağlı fraqment efirə getdikdən sonra, onların ünvanına müxtəlif təhdidlər gəlməyə başlayıb və bununla bağlı onlar Gürcüstandakı diplomatik korpus nümayəndələrini məlumatlandırıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir