Modern.az

Karantin qaydalarını pozan baş nazir CƏRİMƏLƏNDİ

Karantin qaydalarını pozan baş nazir CƏRİMƏLƏNDİ

Dünya

9 Aprel 2021, 13:04

Norveçin baş naziri Erna Sulberq cərimə olunub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 60 illiyini qeyd edən hökumət başçısı karantin qaydalarını pozub. Belə ki, o, ad gününə icazə verildiyindən çox adam çağırıb.

“Sulberq 20 min Norveç kronu məbləğində cərimə olunacaq”- deyə Sör-Est dairəsinin polis rəisi Ule Severud deyib.

Baş nazirin məclisində qanunla icazə verilən 10 nəfərdən çox qonağının olması müəyyən olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu