Modern.az

Dünyanın koronavirus statistikası

Dünyanın koronavirus statistikası

Aktual

12 Aprel 2021, 00:57

Pandemiya ərzində dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 134,95 milyonu ötüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

 

Qeyd edilir ki, son 24 saat ərzində koronavirusa 646 mindən çox yeni yoluxma qeydə alınıb. Virusdan ölüm hallarının 10,7 mindən çox olub.

 

Belə ki, Ümumdünya Səhiyyə Təşkilatına pandemiya ərzində COVID-19-a 134 957 021 yoluxma, 2 918 752 ölüm haqqında məlumatlar daxil olub. Son sutkada virusa yoluxanların sayı 646 863, ölənlərin sayı 10 712 artıb.

 

Son 24 saatda COVID-19-a ən çox yoluxma Avropada (222 804) qeydə alınıb, ikinci yerdə Şimali və Cənubi Amerika (184 717), üçüncü yerdə cənub-şərqi Asiya (164 704) regionu qərarlaşıb.

 

ABŞ əvvəlki kimi yoluxma hallarının sayına görə birincidir - 30 692 226. Siyahıda ikinci yerdə Braziliya (13 373 174), Hindistan (13 358 805), Fransa (4 945 238), Rusiya (4 641 390), Böyük Britaniya (4 368 049), Türkiyə (3 798 333), İtaliya (3 754 077), İspaniya (3 336 637), Almaniya (2 998 268), Polşa (2 574 631), Kolumbiya (2 504 206) və digər ölkələr qərarlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu