Modern.az

Hikmət Hacıyev böyük məşqçi təyin olundu

Hikmət Hacıyev böyük məşqçi təyin olundu

23 Aprel 2021, 15:46

Kikboks üzrə Azərbaycan Milli Komandasında böyüklər üzrə yeni böyük məşqçi təyin olunub.

Modern.az xəbər verir ki, aprelin 21-də gerçəkləşən təyinatla böyük məşqçi postu Əməkdar məşqçi Hikmət Hacıyevə həvalə olunub.


Hikmət Hacıyev 2000-ci ildən məşqçi kimi fəaliyət göstərir.


2010-cu ildən 2021-ci il aprelin 21-nə kimi milli komandanın gənclər və yeniyetmələr üzrə baş məşqçisi işləyib.


H.Hacıyev 1999-cu ildən daxili işlər orqanlarında çalışır. “Dinamo” idman cəmiyyətinin kikboks uzrə baş məsqçisidir. Fəaliyyəti dövründə onlarla çempion yetişdirib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır