Arxiv
5 May 2021, 14:34 | PARLAMENT
“Yeyib-dağıdanlar qalıb qıraqda, hamı deputatı söyür” - Tahir Kərimli dolanışıqdan ŞİKAYƏTLƏNDİ

“Deputatlıq əmək haqqımdan başqa heç tumsatan yerim də yoxdu. Gəlib evimə baxsınlar ki, mən hansı şəraitdə, hansı evdə yaşayıram...

Problemlərimizi səsləndirməyə qorxuruq ki, insanlar bizi yenə söyər...

Elə vəzifəli şəxslər var ki, deputatın bir ildə qazandığını onlar bir həftədə qazanır. Heç onları görən yoxdur. Yeyib dağıdanlar qalıb qıraqda, hamı deputatı söyür, onun üstünə düşür...”


Bu sözləri Modern.az-a Milli Məclisin 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən seçilmiş üzvü Tahir Kərimli deputatların maaşından, onların pandemiya vəziyyətindəki dolanışığından danışarkən deyib. 


O, insanların indiki dövrdə açıq şəkildə pul istədiyini qeyd edib:


“Əvvəla onu deyim ki, çox ciddi və yaralı məsələyə toxunmusunuz. Bəlkə də bəzi deputatların o qədər də çətinliyi olmur. Amma əksər deputatlar pul baxımından çox əziyyət çəkirlər. Məsələn, siz mənə telefonumun sönülü olduğunu deyirsiniz. Telefonumun sönülü olmasının səbəbləri çoxdur. Təsəvvür edin ki, gecəyarı saat 4-də zəng edirlər ki, “məni polis tutub, köməklik et”. Və ya 3-də zəng edir ki, “məni xəstəxana qəbul etmir, danış, götürsünlər”. Hətta elə vaxt olub ki, Ağsuda qəbul zamanı valideyin övladını gətirib masamın üzərinə qoyub ki, “mən saxlaya bilmirəm, sən bax”.


Əvvəllər belə deyildi. Deputata övladının təhsil haqqını ödəmək, işə düzəlmək üçün müraciət edirdilər. Amma indi açıq şəkildə hər kəs pul istəyir. Başa düşürük ki, pandemiya şəraitidi, dövran çətinləşib, amma bu qədər də deputatın üzərinə düşmək olmaz.


Bəzən elə olur ki, qazi, şəhid ailələrini ürəyimiz istədiyi kimi ziyarət edə bilmirik. Ziyarət etməyəndə də dərhal narazılıq yaranır ki, başqasına getdi, bizə gəlmədi.


Bu yaxınlarda Ağsuya gedib 13 şəhid məzarını ziyarət etmişəm, şəhid ailəsinə baş çəkmişəm. Digər ailələr də açıq şəkildə məni təhqir edib ki, “bizə niyə gəlməyib...”. Hələ bəziləri deyir ki, “heç nə lazım deyil, təki siz gəlin”. Başa düşmürlər ki, biz əliboş şəhid, qazi ailəsini necə ziyarət edək? Xəcalət çəkirik, imkanımız da yoxdu.


İnanın ki, küçədə gəzəndə yaxınlaşırlar, qohum-qardaş evinə gedirsən gəlirlər, qərərgaha gedirsən ora da gəlirlər. Telefon müraciətlərindən, insanların əlindən mümkün deyil ki, bir dəqiqə özünə vaxt ayırasan. Biz yol tapa bilmirik. Bilmirik ki, bu məsələni necə həll edək. Heç kim də inanmır, hamı da deyir ki, deputat haramxordu.


Mən öz adımdan deyim ki, deputatlıq əmək haqqımdan başqa heç tumsatan yerim də yoxdu. Gəlib evimə baxsınlar ki, mən hansı şəraitdə, hansı evdə yaşayıram”.


Vəziyyətin gərginliyindən şikayətlənən deputat ehtiyacı olan ailələrlə, seçicilərlə görüşmək üçün xüsusi fondun yaradılmasını məqsədəuyğun sayır:


“Baxın, külək əsir və qapımın, pəncərəmin arasından evimə dolur. Ehtiyac o qədər çoxdur ki, 30 ildir ki, pəncərəmi dəyişə bilmirəm. Axı əmək haqqını insan tək özü yeyə bilmir.


Bu günlərdə sosial şəbəkələrdə xətrini istədiyim bir oğlan mənim haqqımda yazıb ki, “deputatı müdafiə etdiyim üçün peşman olmuşam, mən bu gün aptekdən dərman ala bilmirəm və bunun da səbəbkarı deputatdır”. Axı burda mənim nə günahım, təqsirim var?  


Ağsuda 82 min, İsmayıllıda 15 min nəfər əhali var. Bu 100 min nəfərə əmək haqqımı necə çatdırım?


Mənim hətta şəxsi maşınım da yoxdur. Tədbirlərə, Milli Məclisə partiyanın maşını ilə gedib-gəlirəm. Belə məsələləri səsləndirməyə də insanlardan qorxuruq. Məsələ qaldırmışdım ki, parlamentin işçilərinə ev verilsin, şərait yaradılsın. Bu sözümü götürüb yazmışdılar ki, Tahir Kərimli özü üçün ev, maşın istəyir. Bizi o qədər söyürlər ki, artıq bir kəlmə belə deməyə qorxuruq.


İnsanlar başa düşməlidir ki, pandemiya varsa, deputat üçün də var. Deputat hər şəraitdə qazinin, şəhidin, ehtiyacı olan ailənin evinə getməlidi. Bunun üçün də xüsusi fond olmalıdır. Bu fonddan da ehtiyacı olan ailələrə ziyarət zamanı, seçicilərlə görüş vaxtı istifadə edilməlidir”.


T.Kərimli qeyd edib ki, yeyib-dağıdanlar qalıb qıraqda, hamı deputatı söyür, onun üstünə düşür:


“Bizə deputat fəaliyyətinə görə əmək haqqının yarısı qədər əlavə pul verilir. Məsələn, deputat 1730 manat alırsa, onun yarısı qədər də dövlət yardım edir. Amma mən komitə sədrinin müavini olduğum üçün 1830 manat alıram. Bu maaş heç cür kifayət deyil. Bizim vəziyyətimizin yaxşı olması camaat üçün də yaxşı olar. Bizim fondumuz olsa, ondan istifadə edə bilsəydik xəstəyə, ehtiyacı olana yardım edərdik. Amma hər şey deputatın üzərinə düşür. Elə vəzifəli şəxslər var ki, deputatın bir ildə qazandığını onlar bir həftədə qazanır. Heç onları görən yoxdur. Yeyib-dağıdanlar qalıb qıraqda, hamı deputatı söyür, onun üstünə düşür.


Milli Məclisin 1 illik fəaliyyəti üçün təxminən 50 milyon manat vəsait ayrılıb. Düşünürəm ki, bu bir az da artırılmalıdır. Ən azından fond yaradılsın ki, həmin fonddakı vəsait ancaq ehtiyacı olanlara xərclənsin. Yenə də çox ittihamlı olmaqdan qorxuram. Bunları mən acizlikdən demirəm, sadəcə, bəzi insanlar deputatın yağ-bal içində yaşadıqlarını düşünür. Elə olmadığını göstərmək üçün danışıram”.


Fidan İlqarqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Pakistan azad edilmiş ərazilərin bərpasında iştirak edəcək 19 İyun 2021, 13:16 Ruhani yeni seçilən İran prezidentini təbrik edib 19 İyun 2021, 13:09 Ermənistanda burulğan öncəsi “sükut” – Paşinyan “Qarabağ klanı” ilə həlledici DÖYÜŞƏ ÇIXIR 19 İyun 2021, 12:57 Daha 2 qazi yüksək texnologiyalı protezlərlə təmin edib - FOTO 19 İyun 2021, 12:42 Avtomobil bazarında son vəziyyət necədir? 19 İyun 2021, 12:40 Əli Əsədov Füzuli, Laçın və Zəngilan aeroportları ilə bağlı QƏRAR VERDİ 19 İyun 2021, 12:34 Ceyhun Bayramov Antalyadan dünyaya SƏSLƏNDİ: “Qarabağ münaqişəsi başa çatıb” 19 İyun 2021, 12:16 Sabah Azərbaycanda 40 dərəcə isti olacaq 19 İyun 2021, 11:47 Azərbaycanada 1 tondan artıq hind quşu dərisi yararsız çıxıb 19 İyun 2021, 11:45 Azərbaycanda benzin istehsalı azalıb 19 İyun 2021, 11:27 Tarixdə şəxsiyyətlərin rolu və qısqanclıq sindromu 19 İyun 2021, 11:15 İcra başçısı abadlıq işləri ilə yerində tanış oldu 19 İyun 2021, 11:06 İranda prezident seçkilərinin ilkin nəticələri… 19 İyun 2021, 10:59 Bakı Təhsil İdarəsinin yeni sektor müdirləri - Adlar 19 İyun 2021, 10:46 Azərbaycan neftinin qiymətləri dəyişib 19 İyun 2021, 10:44 Şuşada 7 tondan artıq çətənə kolu məhv edilib  19 İyun 2021, 10:38 AMEA-da 6 yeni TƏYİNAT 19 İyun 2021, 10:36 Şirvanda tanışını qətlə yetirən şəxs tutulub 19 İyun 2021, 10:23 "Danışa bilmir" deyilən Əkrəm Əylislidən AÇIQLAMA 19 İyun 2021, 10:10 Azərbaycan-Türkiyə: Xarüqələr yaradan birlik 19 İyun 2021, 10:05 “Əlçatan metro” xidməti - Kim, necə İSTİFADƏ EDİR 19 İyun 2021, 10:03 Rusiya Azərbaycana aviareyslərin sayını artıracaq 19 İyun 2021, 09:50 Azərbaycanın ən çox mal satdığı ölkələr - STATİSTİKA 19 İyun 2021, 09:37 İranın yeni prezidenti MƏLUM OLDU 19 İyun 2021, 09:35 Mübariz İbrahimovun şəhadətindən 11 il ötür - TARİX 19 İyun 2021, 09:25 Rusiyada təyyarə qəzası: 7 ölü, 13 yaralı 19 İyun 2021, 09:14 Ceyhun Bayramov İraqın xarici işlər naziri ilə görüşüb 19 İyun 2021, 08:44 İngiltərə Şotlandiya ilə bacarmadı 19 İyun 2021, 00:59 Bakıda uşağı elektrik cərəyanı vurdu 19 İyun 2021, 00:44 Ceyhun Bayramov Qaqauziyanın rəhbəri ilə görüşdü 19 İyun 2021, 00:31 UEFA-nın tövsiyəsi fitə basıldı 19 İyun 2021, 00:15 Bu gün Bakıda avtobuslar işləməyəcək 19 İyun 2021, 00:01 Türkiyənin gəmi əleyhinə raketi sınaqdan keçirildi - VİDEO 18 İyun 2021, 23:48 Kürdə batmaqda olan şəxs xilas edildi 18 İyun 2021, 23:33 Xırdalanda 7 yaşlı uşağı maşın vurdu 18 İyun 2021, 23:17
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?