Modern.az

"Qarabağ"ın cavab matçının biletləri satışa çıxarıldı

"Qarabağ"ın cavab matçının biletləri satışa çıxarıldı

İdman

Bu gün, 12:52

Bolqarıstanın ÇSKA klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəyi cavab matçının biletlərini bu gün satışa çıxarıb.

Modern.az xəbər verir ki, bu barədə Sofiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, azarkeşlər qarşılaşmanın biletlərini onlayn, oyunun keçiriləcəyi "Vasil Levski" stadionunun kassalarından və klubun rəsmi mağazasından əldə edə bilərlər.

Biletlərin qiyməti sektorlardan asılı olaraq 12 avrodan başlayır və 100 avroya qədər dəyişir.

Qeyd edək ki, ÇSKA və "Qarabağ" komandaları arasında Bakıda keçirilmiş oyunda hesab açılmayıb. Cavab matçı iyulun 30-da Sofiya şəhərindəki "Vasil Levski" stadionunda baş tutacaq.

Bu dueldə qələbə qazanan tərəf "Şerif" (Moldova) - "Makkabi (Tel-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 2-ci paytaxtı darmadağın edildi: Alov bütün şəhəri bürüdü