Modern.az

Mirşahin bayram günləri üçün sərt qapanma TƏLƏB ETDİ

Mirşahin bayram günləri üçün sərt qapanma TƏLƏB ETDİ

Media

6 May 2021, 10:12

“Real” televiziyasının rəhbəri Mirşahin Ağayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçiriləcək brifinqdə sərt qapanma qərarının elan edilməsini istəyib.


Modern.az-ın məlumatına görə, M.Ağayev sosial şəbəkədə qeyd edib ki, bayram günlərində tam qapanma olmalıdır:

“Bir vətəndaş kimi, az-çox tanınan bir jurnalist kimi, insan kimi! Novruz tətilinin fəsadlarını hələ hiss etməkdəyik.

Nə qədər bədbəxt dünyadan məhz bizim eksperimentlərimizə görə köçdü. Sərt qapanma! Yalnız sərt və tam qapanma! Bu bəlaya qalib gəlməyin yolu gerçək qapanmadan keçir!

Bütün “aç-burax!” tipli populizmləri, populistləri rədd edirəm! Türkiyə normal yay keçirmək üçün tam qapanmanı seçdi.  

"Bir millət, iki dövlət!" deyirik! Bir millət, iki dövlət deyilik? Bu gün qapanmaqla sabahın normal şəraitini yaradaq! Vaksinasiyanı isə tam məcburi edək! Qurtar bu sosial şəbəkə şantajından, Dövlət! Öz işini gör!”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar