Modern.az

Tramp Hörmüz boğazına yeni ad verdi: “Tramp boğazı” - FOTO

Tramp Hörmüz boğazına yeni ad verdi: “Tramp boğazı” - FOTO

Dünya

Bu gün, 10:58

ABŞ Prezidenti Donald Tramp “Truth Social” şəbəkəsində Hörmüz boğazının xəritədə “Trump Strait” – “Tramp boğazı” kimi qeyd olunduğu görüntü paylaşıb.

Modern.az xəbər verir ki, paylaşım İranın müəyyən şərtlərin yerinə yetirilməsi müqabilində Hörmüz boğazını bir həftə ərzində açmağa hazır olduğunu bildirməsindən qısa müddət sonra edilib.

Tehranın bu təklifi İran və ABŞ arasında davam edən danışıqlar fonunda səsləndirilib.

Bundan əvvəl İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının tədbirlərində iştirakını başa vurduqdan sonra Nyu-Yorkdan ayrılıb. Səfər çərçivəsində İran və ABŞ nümayəndələri münaqişə və Hörmüz boğazı ətrafındakı vəziyyətlə bağlı dolayı danışıqlar aparıblar.

Tehran daha əvvəl boğazdan sərbəst gəmiçiliyin bərpasını ABŞ-ın müəyyən şərtləri yerinə yetirməsi ilə əlaqələndirib.

Qeyd edək ki, “The Wall Street Journal” ABŞ Prezidenti Donald Trampın İranın bu təklifini rədd etdiyini və ABŞ-da keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı zərbələri yenidən başlada biləcəyini yazıb.


 

Sizə yeni x var
Keçid et
Rusiyada panika! Ukrayna dağıdır - Moskvaya ard-arda hücumlar