Arxiv
6 May 2021, 17:24 | AKTUAL
Mədəni müxtəlifliyin rəmzi - Ramazanın birliyi

Azərbaycanın multikulturalizm modeli sosial, dini və mədəni müxtəlifliyin tolerant əsaslarla interaktiv bir vəziyyətdə mövcudluğudur. Bu model ölkənin əsrlərdən bəri formalaşan mədəniyyətlər və dinlərarası dialoq işinin təcrübədən keçirilməsi ilə yeni çağırışlara əsaslanaraq hazırlanmışdır.

 

Azərbaycanın tolerantlıq ənənələrinin mədəni, siyasi, sosial mahiyyətinin araşdırılması, respublikadakı dini müxtəlifliyin elmi müstəvidə təhlili bu modelin əsas prioritet istiqamətlərindəndir. Əldə olunan multikultural nailiyyətlərin beynəlxalq ictimaiyyətdə təbliği və dini abidələrin qorunub saxlanılması yönündə də əsaslı işlər görülməkdədir.

 

Azərbaycan hər zaman İslam dünyasının tarixi və mədəni mərkəzlərindən biri olub. Əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycan digər din və mədəniyyətlərə də qucaq açmış, əksər ölkələrdən fərqli sivilizasiya formalaşdırmışdır.

 

Müxtəlif xalqlara və dinlərə mənsub insanların Azərbaycana pənah gətirməsinin əsas səbəbi bu ölkədə yaşayan insanların mədəniyyəti və onların xarakterik keyfiyyətinə çevrilmiş tolerantlıq xüsusiyyətidir. Azərbaycanın ictimai-siyasi həyatında da xalqlar mühüm rol oynamış və tolerantlığın təməl sütunlarının qoyulmasında yaxından iştirak etmişlər. Bu gün də ölkəmizdə bu dinlərin tarixi abidələri və zəngin mənəvi irsləri qorunub saxlanılmaqdadır.

 

2003-cü ildən Prezident İlham Əliyev multikultural dəyərləri və tolerantlığı prioritet hesab etmişdir. Ölkəyə rəhbərlik etdiyi dövrdən bəri İlham Əliyev dünya miqyasında keçirilmiş beynəlxalq forumların, tədbirlərin müəllifi olmuşdur. Son dövrlərdə ümumdünya mədəniyyətlərarası dialoq forumlarının vətəninə çevrilən ölkəmizi 2016-cı ildə Roma Papası Fransiskin “əsl tolerantlıq nümunəsi” adlandırması da Azerbaycan xalqına və Prezident İlham Əliyevin fəaliyyətinə verilmiş ən yüksək qiymətdir.

 

Konstitusiyada dövlətin dünyəviliyinin açıq şəkildə ifadə edilməsi Azərbaycanın ən dünyəvi müsəlman cəmiyyətlərindən biri olduğunu iddia etməyə əsaslı zəmin yaradır.

 

Azərbaycanın vətəndaşları öz inanc və dinlərindən olan insanlara müqəddəs bayramlarını qeyd etməyə və ənənələrini yaşatmağa imkan verir. Aprel ayının 4-də Azərbaycanda yaşayan Katoliklərin və may ayının 2-si Provaslavların “Pasxanı”, habelə Yəhudilərin sentyabrda “Yom Kippur”-u yüksək əhval-ruhiyyə ilə birlik içində qeyd etməsi bir daha ölkəmizdə bütün inanclı vətəndaşların hüquq və azadlıqlarının bərabər səviyyədə qorunmasından xəbər verir.

 

Ölkəmizdə Müsəlmanlar tərəfindən qeyd olunan Ramazan ayı İslam təqvimində ən şəfaqətli və müqəddəs ay hesab edilir və İslamın əsas şərtlərindən biri sayılır. Onu məcazi şəkildə “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayda Müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərim nazil olmuşdur. Müsəlmanlar bu ayda orucu Allaha daha yaxın olmaq və mənəvi sağlamlıqlarını, nizam-intizamlarını gücləndirmələrini təmin edən bir ibadət kimi yerinə yetirirlər. Ramazan mədəni maarifləndirmə, həmrəylik, mədəniyyəti bölüşmək, səbr, mədəniyyətlərarası dialoqun təşviqi ayı sayılır. Müsəlmanlar bu müqəddəs ayın son gününü Ramazan bayramı kimi qeyd edirlər.

 

Xüsusilə də, 30 illik həsrətdən sonra doğma Qarabağımızın düşmən tapdağından azad olması bu il Azərbaycan ərazisində yaşayan bütün inanclı insanların bu bayramları yüksək əhval-ruhiyyə ilə keçirməsinə stimul vermişdir.

 

Dini ayin və ənənələrin, xüsusi gün və bayramların hər bir Azərbaycan vətəndaşı tərəfindən sərbəst qeyd olunması müxtəliflik və tolerantlıq ahənginin sübutudur. Azərbaycanda multikulturalizm dövlət siyasətinin mühüm tərkib hissəsidir və Cənab Prezidentin son 18 illik fəaliyyəti dövründə daha da inkişaf edərək “Azərbaycanın multikulturalizm modelinə” çevrilmişdir.

 

Ölkəmiz gələcəkdə də bütün dünyada müxtəlif dinlərin və millətlərin nümayəndələrinin mədəni müxtəlifliyini qorumaq, inkişaf etdirmək və uyğunlaşdırmağı hədəfləyir. Bu baxımdan növbəti ənənəvi multikulturalizm forumunu regionumuzun mədəniyyət beşiyi sayılan Şuşada təşkil edərək bu modeli dünyada bir daha təqdim edə bilərik.  Bu isə öz növbəsində bir neçə qlobal məqsədlərə eyni anda çatmağa və dözümlü, sülhsəver cəmiyyətin qurulmasına öz töhfələrini verə bilər.  

 

Məzahir Əfəndiyev

Milli Məclisinin deputatı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şamaxıda zəlzələ oldu 21 İyun 2021, 00:59 Simonyanın uşaqları türkləri öldürməyə çağırdı - VİDEO 21 İyun 2021, 00:52 Bakıda piyadanı maşın vurub öldürdü 21 İyun 2021, 00:41 Köçəryanın bloku İrəvanda liderlik edir 21 İyun 2021, 00:27 Ermənistanda seçki pozuntuları barədə prokurorluqdan açıqlama 21 İyun 2021, 00:20 Zuber Bakıda Altıntopun rekordunu yenilədi 21 İyun 2021, 00:06 17 yaşlı qız məzun gecəsində bıçaqlandı 20 İyun 2021, 23:53 Batmaqda olan 11 nəfər xilas edildi 20 İyun 2021, 23:42 Ermənistanda seçkilərin ilkin nəticələri AÇIQLANDI 20 İyun 2021, 23:27 Türkiyədə daha 63 nəfər virusdan öldü 20 İyun 2021, 23:13 Formula 1 üzrə Fransa Qran Prisinin qalibi müəyyənləşdi 20 İyun 2021, 22:59 Paşinyanın partiyası liderlik edir - YENİLƏNİB 20 İyun 2021, 22:46 ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır 20 İyun 2021, 22:39 Şenol Günəşi istefaya çağırdılar 20 İyun 2021, 22:26 Teymur Rəcəbov səkkizinci oldu 20 İyun 2021, 22:10 Türkiyə millisi yenə uduzdu 20 İyun 2021, 21:55 Azərbaycan millisi Avropa çempionu oldu 20 İyun 2021, 21:48 Gəncədə piyadanı maşın vurdu 20 İyun 2021, 21:37 Bakıda yol qəzası - xəsarət alanlar var 20 İyun 2021, 21:21 Cüdoçularımız Avropa kubokunda 3 medal qazandı 20 İyun 2021, 21:04 "Ermənistan qonşularına ərazi iddialarını dayandırmalıdır" - Çavuşoğlu 20 İyun 2021, 20:50 Van Damm Azərbaycan milli rəqsini oynamağı öyrənir – VİDEO 20 İyun 2021, 20:34 Ermənistanda səsvermə başa çatıb 20 İyun 2021, 20:20 İsraildə Ermənistan əleyhinə aksiya keçirildi - FOTO 20 İyun 2021, 20:13 Bakıda Türkiyə-İsveçrə matçı başladı 20 İyun 2021, 20:01 Dövlət qulluğu və doktoranturaya bugünkü qəbul imtahanları başa çatdı 20 İyun 2021, 18:08 Kənd müəllimindən unikal addım - Təhsilsiz valideynlərə dərs keçəcək 20 İyun 2021, 17:58 FİFA prezidenti Bakıya gəlir 20 İyun 2021, 17:44 Tovuzda qəza: iki minik avtomobili toqquşdu 20 İyun 2021, 17:30 İranda təyyarə qəzası: ölənlər var 20 İyun 2021, 17:19 Bakıda mağaza yandı 20 İyun 2021, 17:08 XİN rəhbərindən sərhəd məsələsinin üçün YENİ TƏKLİF 20 İyun 2021, 16:59 Bakıdakı toz dumanı normadan beş dəfə çox artdı 20 İyun 2021, 16:51 Ceyhun Bayramov Şuşa Bəyannaməsindən danışdı: "Uzun illər danışılacaq" 20 İyun 2021, 16:43 Vaksinasiyadan keçənlərin bu günkü statistikası 20 İyun 2021, 16:30
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?