Arxiv
9 May 2021, 14:00 | AKTUAL
Gəncə Dövlət Universiteti Beynəlxalq Konfransa ev sahibliyi etdi

Hər bir dövlətin, xalqın gələcəyi və inkişaf səviyyəsi həm də onun malik olduğu elmi-mədəni potensialla ölçülür. İndiyə qədər bəşər tarixində əbədilik qazanmış dahi şəxsiyyətlərin elmə, elm xadimlərinə münasibəti, bu fəaliyyət sahəsinin inkişafına verdikləri töhfələr onların əbədiyaşarlığını təmin edən başlıca amillərdən birinə çevrilmişdir.

 

Modern.az xəbər verir ki, bu baxımdan müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı xidmətləri misilsizdir. Elm sahəsində qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin mühüm şərti kimi nəzərdən keçirmiş bu dahi şəxsiyyət Azərbaycana rəhbərliyinin bütün dövrlərində bu sahəyə diqqət və qayğısını əsirgəməmiş, daim milli elmimizin qüdrətli hamisi kimi çıxış etmişdir.     

 

Qeyd edək ki, bu qayğının nəticəsidir ki, Azərbaycan elmi XX əsrdə çox sürətlə inkişaf etmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər isə bu cəhətdən xüsusilə seçilir. Azərbaycan elminin ən çox inkişaf etdiyi dövr məhz bu dahi şəxsiyyətin hakimiyyəti illərinə təsadüf edir. Elmin yeni yüksəlişi məhz Ulu Öndərin adı ilə bağlıdır.

 

Ümummilli lider dünyada tanınan və qəbul edilən görkəmli siyasi və dövlət xadimi olmaqla yanaşı, həm də böyük bir elm adamı idi. Onun müdrik siyasətinin uzaqgörənliyi və dərinliyi məhz elmi prinsiplər üzərində qurulması, intellektual potensiala arxalanmasında idi. Azərbaycan elminə və elm adamlarına göstərdiyi qayğı və dəstək elə bundan qaynaqlanırdı. Heydər Əliyev öz fəaliyyəti və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni nailiyyətlərindən faydalanırdı. O, cəmiyyətin, xalqın inkişafını elmdə görürdü. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanda çoxlu sayda elm ocaqları, elmi təhsil müəssisələri yaranmışdır ki, onlar da dünya elminə inteqrasiya etməklə yeni-yeni uğürlara imza atırlar. Onlar hər il dünyanın müxtəlif ölkələrinin təhsil ocaqları ilə əlaqələri genişləndirir, yeni uğurlar üçün əməkdaşlıq əlaqələri qururlar.

 

Elə mayın 6-da keçirilən Beynəlxalq Elmi konfranda da bu əlaqələrin yaratdığı uğurlardan daha ətraflı danışılmışdır. Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider  Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Beynəlxalq konfransda Rusiyadan, Özbəkistandan, Dağıstandan, Makedoniyadan, Türkiyədən, Gürcüstandan və digər ölkələrdən onlarla alim iştirak etmişdir. Konfransı giriş sözü ilə Gəncə Dövlət Universitetinin rektoru, kimya elmləri doktoru, professor Yusif Yusibov açaraq konfrans iştirakçılarını salamlamış, tədbirin əlamətdar bir dövrdə, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ərəfəsində keçirilməsini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, bu gün Azərbaycan elmi sürətli inkişaf yolundadır və uğurların əldə olunması Ulu Öndərin adı ilə bağlıdır. Sevindirici haldır ki, bu dahi şəxsiyyətdən sonra da Azərbaycanda elm və təhsil yüksək səviyyədə inkişaf edir. Prezident İlham Əliyev Ulu Öndərin elmin inkişafı üçün  başladığı işləri uğurla davam etdirir. Bu sahədə çoxsaylı fərman və sərəncamlar imzalayan ölkə başçısı daim elmin inkişafını önə çəkmiş, gənc alimlərin yetişməsi üçün diqqət və qayğı göstərmişdir.

“Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda keçirilən Beynəlxalq konfransda iki gün ərzində  biologiya, kimya, fizika və iqtisadiyyat bölmələri üzrə 300-ə yaxın məruzənin dinlənilməsi nəzərdə tutulmuşdur. Konfransın birinci günü Azərbaycan Milli Elmlər Akademiysının akademiki Vaqif Abbasov “Aqrar sektorun inkişafı üçün bioloji aktiv kimyəvi üzvi və qeyri-üzvi gübrələrin istifadə perspektivlər”, Türkiyənin Qars Qafqaz Universitetinin professoru Hacalı Nəcəfoğlu “ 2, 4, 6  trimetilbenzoatin Co(II) və Mn(II) komplekslərinin sintezi və özəllikləri”, AMEA-nın müxbir üzvü Vaqif Novruzov “Qarabağ: Qırmızı siyahılar, introduksiya və reintroduksiya məsələləri”, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı “Metal xalkogenidləri əsasında topoloji izolyatorların materialşünaslığı sahəsində yeni tədqiqatlar” mövzularında məruzələrlə çıxış etmişlər.

Məruzələrdə son illər Gəncə Dövlət Universitetinin elmi əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən, eləcə də Dağlıq Qarabağ torpaqlarının işğal dövründə yararsız hala salınmasından və bu ərazilərdə elmi tədqiqatların aparılması vacibliyindən ətraflı qeyd edilmişdir.

Beynəlxalq konfrans mayın 7-də plenar iclaslarda öz işini davam etdirəcəkdir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şamaxıda zəlzələ oldu 21 İyun 2021, 00:59 Simonyanın uşaqları türkləri öldürməyə çağırdı - VİDEO 21 İyun 2021, 00:52 Bakıda piyadanı maşın vurub öldürdü 21 İyun 2021, 00:41 Köçəryanın bloku İrəvanda liderlik edir 21 İyun 2021, 00:27 Ermənistanda seçki pozuntuları barədə prokurorluqdan açıqlama 21 İyun 2021, 00:20 Zuber Bakıda Altıntopun rekordunu yenilədi 21 İyun 2021, 00:06 17 yaşlı qız məzun gecəsində bıçaqlandı 20 İyun 2021, 23:53 Batmaqda olan 11 nəfər xilas edildi 20 İyun 2021, 23:42 Ermənistanda seçkilərin ilkin nəticələri AÇIQLANDI 20 İyun 2021, 23:27 Türkiyədə daha 63 nəfər virusdan öldü 20 İyun 2021, 23:13 Formula 1 üzrə Fransa Qran Prisinin qalibi müəyyənləşdi 20 İyun 2021, 22:59 Paşinyanın partiyası liderlik edir - YENİLƏNİB 20 İyun 2021, 22:46 ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır 20 İyun 2021, 22:39 Şenol Günəşi istefaya çağırdılar 20 İyun 2021, 22:26 Teymur Rəcəbov səkkizinci oldu 20 İyun 2021, 22:10 Türkiyə millisi yenə uduzdu 20 İyun 2021, 21:55 Azərbaycan millisi Avropa çempionu oldu 20 İyun 2021, 21:48 Gəncədə piyadanı maşın vurdu 20 İyun 2021, 21:37 Bakıda yol qəzası - xəsarət alanlar var 20 İyun 2021, 21:21 Cüdoçularımız Avropa kubokunda 3 medal qazandı 20 İyun 2021, 21:04 "Ermənistan qonşularına ərazi iddialarını dayandırmalıdır" - Çavuşoğlu 20 İyun 2021, 20:50 Van Damm Azərbaycan milli rəqsini oynamağı öyrənir – VİDEO 20 İyun 2021, 20:34 Ermənistanda səsvermə başa çatıb 20 İyun 2021, 20:20 İsraildə Ermənistan əleyhinə aksiya keçirildi - FOTO 20 İyun 2021, 20:13 Bakıda Türkiyə-İsveçrə matçı başladı 20 İyun 2021, 20:01 Dövlət qulluğu və doktoranturaya bugünkü qəbul imtahanları başa çatdı 20 İyun 2021, 18:08 Kənd müəllimindən unikal addım - Təhsilsiz valideynlərə dərs keçəcək 20 İyun 2021, 17:58 FİFA prezidenti Bakıya gəlir 20 İyun 2021, 17:44 Tovuzda qəza: iki minik avtomobili toqquşdu 20 İyun 2021, 17:30 İranda təyyarə qəzası: ölənlər var 20 İyun 2021, 17:19 Bakıda mağaza yandı 20 İyun 2021, 17:08 XİN rəhbərindən sərhəd məsələsinin üçün YENİ TƏKLİF 20 İyun 2021, 16:59 Bakıdakı toz dumanı normadan beş dəfə çox artdı 20 İyun 2021, 16:51 Ceyhun Bayramov Şuşa Bəyannaməsindən danışdı: "Uzun illər danışılacaq" 20 İyun 2021, 16:43 Vaksinasiyadan keçənlərin bu günkü statistikası 20 İyun 2021, 16:30
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?