Arxiv
16 May 2021, 13:01 | ÖLKƏ
Başçı gözləyən rayonlar...

Ölkə başçısının yeni hədəflər və yeni srategiyalar müəyyən etdiyi, dünyanın diqqətini Azərbaycana çəkməyi bacardığı bu dönəmlərdə onun “xalqa xidmət” göstərişinin ziddinə gedən rayon İcra hakimiyyətlərinin başçıları da var. Onlardan bəziləri tutduqları vəzifədən azad olunaraq dəmir barmaqlıqlar arxasına göndəriliblər. Artıq sabiq başçı statusu daşıyan həmin keçmiş səlahiyyət sahibləri hüquq-mühafizə orqanları tərəfindən rüşvət və korrupsiyada ittiham olunurlar.


Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən sonuncu əməliyyat-istintaq tədbirləri zamanı Alimpaşa Məmmədovun Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, 2 milyon 844 min manat dəyərində əmlakı 40 manata rəsmiləşdirməklə, öz sərvətlərini artırmaq üçün həyata keçirdiyi “kompleks tədbirlər”i ifşa olunub. İcra başçısının “bacarıqları” bununla məhdudlaşmadığından, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


A.Məmmədov Prezident İlham Əliyevin 28 aprel 2021-ci il tarixli sərəncamı ilə vəzifəsindən azad edilib. İllərdir başçı sarıdan zülmə məruz qalan şəmkirlilər hələ ki rahat nəfəs almaqdadır. Çünki yeni təyinat alacaq başçının hansı “bacarıq” sahibi olacağı bilinmir. İllərdir gördüklərimiz onu deməyə əsas verir ki, hətta bir çox xələflər öz sələflərinin aqibətindən dərs çıxarmırlar...

 

Buna qədər vəzifədən azad olunan sabiq icra başçıları təxminən eyni ittihamlarla-rüşvət, korrupsiya, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə ilə dəmir barmaqlıqlar arasına göndəriliblər. Ötənilki əməliyyatlar zamanı Ağstafanın icra başçısı Nizaməddin Quliyev, Yevlaxın icra başçısı Qoca Səmədov, Neftçalanın icra başçısı İsmayıl Vəliyev, Biləsuvarın icra başçısı Mahir Quliyev, İmişlinin icra başçısı Vilyam Hacıyev, Kürdəmirin icra başçısı Ceyhun Cəfərov tutduqları vəzifədən azad olunublar.

 

Adları çəkilən sabiq məmurlar hazırda istintaq altındadırlar və barələrində araşdırma davam edir. Həbs olunan icra başçılarının bəzilərinin yerinə təyinatlar aparılsa da, hələ də boş qalan rayonlar var.

Hazırda 6 rayonda- Bakının Nizami rayonu, Cəlilabad, Göygöl, Kürdəmir, LerikŞəmkirdə icra başçısı vəzifəsi vakantdır.


Amma adıçəkilən rayonların heç də hamısının rəhbərləri həbs edilməyib. Bu mənada Nizami rayonunun sabiq başçısı Arif Qasımov və Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov bəxti gətirənlərdəndir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “qara maskalıları”nın təşrifilə postlarını tərk etmək məcburiyyətində qalmayıblar.


Prezidentin 22 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan A.Qasımov 11 iyul 2020-ci ildə vəzifədən azad edilib.


Arif Seyidov isə 14 illik “hökmranlıqdan” sonra Prezident İlham Əliyevin 2020-ci il mayın 22-də imzaladığı sərəncamla Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi ilə vidalaşıb. 


Ağsu rayon İcra Hakimiyyətinin sabiq başçısı Vahid Tağıyev də “qara maskalılar”ın təhlükəsindən sovuşub, amma ötən il noyabrın 27-də koronavirusa təslim olub...

29 aprel 2021-ci il tarixində isə Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Rövşən Bağırov Ağsu rayonuna rəhbər təyin edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İspaniya millisi Polşa səddini keçə bilmədi 20 İyun 2021, 00:58 Şəmkir sakini özünü asdı 20 İyun 2021, 00:51 Gürcüstanda zəlzələ oldu 20 İyun 2021, 00:34 "Qalatasaray"a yeni prezident seçildi 20 İyun 2021, 00:30 Dağıstandan Bakıya aviareyslər açılır 20 İyun 2021, 00:14 Bu gün Bakıda avtobuslar İŞLƏYƏCƏK 20 İyun 2021, 00:01 Britaniyada yoluxma sürətləndi 19 İyun 2021, 23:50 Xəzərdə batmaqda olan 3 nəfər xilas edildi 19 İyun 2021, 23:36 İstanbulda fabrikdə güclü yanğın - VİDEO 19 İyun 2021, 23:25 Qazaxda yol qəzası 19 İyun 2021, 23:11 Cəlilabadda meşədə yanğın - FOTO 19 İyun 2021, 22:59 Samuxda gənc müəllim intihar etdi 19 İyun 2021, 22:45 "4 ildir gözlədiyimiz turnirlə erkən vidalaşmaq istəmirik" - Şenol Günəş 19 İyun 2021, 22:37 4 uşaq anası “Mən özümü Kürə atacam” yazıb intihar etdi 19 İyun 2021, 22:22 Oğuzda yol qəzası - xəsarət alan var 19 İyun 2021, 22:08 Ronaldolu Portuqaliya Almaniyaya uduzdu 19 İyun 2021, 21:53 Türkiyədə virusdan gündəlik ölənlərin sayı azaldı 19 İyun 2021, 21:47 Naftalanda sanatoriyada istirahət edən kişi qəflətən öldü 19 İyun 2021, 21:33 "Barselona" yeni hücumçu aldı 19 İyun 2021, 21:24 Finalda erməniyə qalib gələn güləşçimiz Avropa çempionu oldu - FOTO 19 İyun 2021, 21:11 Ermənistanda seçicilərə rüşvət verən deputatlığa namizəd saxlanıldı 19 İyun 2021, 20:58 Kürdə gənc qadın batdı 19 İyun 2021, 20:43 Putin Şoyqu və Lavrovu deputat görmək istəyir 19 İyun 2021, 20:28 Macarıstan millisi dünya çempionu ilə heç-heçə etdi 19 İyun 2021, 20:15 Rəsmi Bakıdan Ermənistana CAVAB 19 İyun 2021, 20:07 İstanbulda zəlzələ olub 19 İyun 2021, 18:39 Prezident TƏSDİQLƏDİ – Sosial sığorta şəhadətnaməsi ləv olunur 19 İyun 2021, 18:17 İlham Əliyev İranın yeni seçilmiş prezidentini təbrik edib 19 İyun 2021, 17:57 Ermənistanın Azərbaycana qarşı mina şantajı – Partiya sədrindən REAKSİYA 19 İyun 2021, 17:44 Şuşa Bəyannaməsi ölkəmizdəki siyasi birliyi daha da möhkəmləndirəcək 19 İyun 2021, 17:31 Bir gündə 40 min çox peyvənd VURULDU 19 İyun 2021, 17:23 Yoluxma sayı bu gün də azaldı: ölən yoxdur 19 İyun 2021, 17:19 İranda seçkilərin rəsmi nəticələri elan olundu – Rəisi prezidentdir 19 İyun 2021, 17:15 Ermənilərin seçimi kim olacaq: Paşinyan yoxsa Koçaryan? - ŞƏRH 19 İyun 2021, 17:07 Putin ən çox etibar etdiyi 5 partiyadaşının adını SADALADI 19 İyun 2021, 16:39
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?