Modern.az

Polad Alemdar xanımından BOŞANDI

Polad Alemdar xanımından BOŞANDI

17 May 2021, 19:24

“Kurtlar vadisi” serialında Polad Alemdar obrazı ilə məşhurlaşan Necati Şaşmazın 2019-cu ildən davam edən boşanma məhkəməsi yekunlaşıb.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2012-ci ildə Nagehan Kaşıkçı ilə ailə quran aktyorun nikahı rəsmi şəkildə pozulub. Şaşmaz xanımından 5 milyon lirə maddi, 5 milyon lirə mənəvi təzminat, həmçinin uşaqlarının qəyyumluğunu tələb etmişdi.

 

Kaşıkçı isə öz növbəsindən keçmiş ərindən 20 milyon lirə maddi və mənəvi təzminat, özü və uşaqları üçün aylıq 60 min lirə təzminat tələbi irəli sürmüşdü. Məhkəmə hər iki şəxsin təzminat tələbini rədd edərək, 4 və 8 yaşlı uşaqların qəyyumluğunu Nagihan Kaşıkçıya verib.

 

Necati Şaşmaz hər ay 16 min lirə (təxminən 3200 manat) təzminat ödəyəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi