Modern.az

Prezident Bakıda açılış mərasimlərinə qatılıb

Prezident Bakıda açılış mərasimlərinə qatılıb

25 Sentyabr 2012, 15:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yenidən qurulan 32 nömrəli şəhər poliklinikasının açılışında iştirak edib. Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Ələt qəsəbəsinə gələn ölkə başçısı poliklinikanın əvvəlki və hazırkı vəziyyətini əks etdirən şəkillərdən ibarət stendə baxıb. Prezident daha sonra poliklinikanın rəmzi açılışını bildirən lenti kəsib.

Poliklinikada cərrah, uşaq nevropatoloji, peyvənd, prosedur, filtr boks, uşaq həkimi, diş həkimi, qulaq-burun-boğaz, terapevt, nevropatoloq, oftalmologiya, ginekologiya kabinetləri, laboratoriya, rentgen və idarəetmə otaqları fəaliyyət göstərir. Otaqlar müasir tibb avadanlığı ilə təmin edilib.

Azərbaycan Prezidenti poliklinikada yaradılmış şəraiti yüksək qiymətləndirdi, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi ilə bağlı tapşırıqlarını verib.

Ölkə başçısı daha sonra Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində 330 nömrəli tam orta məktəbin açılış mərasiminə qatılıb.  Məktəbdə 48 sinif otağı vardır. Burada, həmçinin 96 yerlik akt zalı, kitabxana, hərbi vətənpərvərlik otağı, fizika, kimya, biologiya və digər fənlərin tədrisi üçün laboratoriya və kabinetlərlə yanaşı, diş həkimi, psixoloq otaqları da fəaliyyət göstərir.

 Məktəbin həyətində geniş abadlıq işləri aparılmış, futbol, voleybol və basketbol meydançaları yaradılıbdır.  Dövlət başçısı məktəbdə yaradılan şəraiti yüksək qiymətləndirib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi