Modern.az

Şabranda kanaldan kişi meyiti çıxarıldı

Şabranda kanaldan kişi meyiti çıxarıldı

14 İyun 2021, 00:24

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Vəlvələçay-Taxtakörpü kanalında (Şabran rayonunun Gəndov kəndi) aşkarlanan naməlum kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

 

Modern.az FHN-in saytına istinadla xəbər verir ki, müraciətlə əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu əraziyə cəlb olunub.

 

Həyata keçirilən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!