Modern.az

Qazaxda yol qəzası

Qazaxda yol qəzası

Aktual

19 İyun 2021, 23:11

Qazax rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq maneəyə çırpılıb.

 

Qəza nəticəsində Qazax rayon Kəmərli kənd sakini, 1994-cü il təvəllüdlü Elmir Qaragözov xəsarət alıb.

 

O, xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır (report).

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu