Modern.az

Türkiyədə “Qarabağ həftəsi” keçiriləcək

Türkiyədə “Qarabağ həftəsi” keçiriləcək

24 İyun 2021, 16:02

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Türkiyənin Xalq Diplomatiyası və İqtisadi Əməkdaşlıq Təşkilatının təşkil etdiyi “Qarabağ həftəsi” çərçivəsində keçiriləcək tədbirlərdə iştirak etmək üçün iyunun 25-də İstanbula səfər edəcək.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, Millət vəkili Türkiyədə Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsinə həsr olunan tədbirlərdə iştirak edəcək.

 

Səfər çərçivəsində deputat Sabir Rüstəmxanlıya türk dünyası qarşısındakı xidmətlərinə görə mükafatın təqdim olunması nəzərdə tutulub.

 

Səfər iyulun 5-də başa çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir