Arxiv
25 İyun 2021, 14:44 | ÖLKƏ
Tehran Mənsimov Təhlükəsizlik Xidmətinə gətirildi

Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Şuşanın azadlığı uğrunda aparılmış döyüşlərin fəal iştirakçısı Tehran Mənsimovun xidmət yeri dəyişdirilib.

Modern.az saytının hərbi mənbələrdən əldə etdiyi məlumata görə, bu yaxınlara kimi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi vəzifəsində xidmət edən Tehran Mənsimov hazırda Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində çalışır.

Polkovnik Tehran Mənsimov Azərbaycan ictimaiyyəti tərəfindən “Şuşa fatehi” adı ilə tanınaraq, məşhurlaşıb.

Tehran Mənsimov 1972-ci il avqustun 24-də Qusar rayonunun Düztahir kəndində anadan olub. 1989-cu ildə orta məktəbi bitirib.  1990-1992-ci illərdə keçmiş sovet ordusu sıralarında qulluq edib.  Daha sonra Azərbaycan Milli Ordusunda xidmətə başlayıb. Könüllü olaraq Birinci Qarabağ müharibəsinə yollanaraq, cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib. Ardınca Ali Hərbi Məktəbdə təhsil alıb və ona leytenant rütbəsi verilib.

24 avqust 2011-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına daxil olub və 26 iyun 2013-cü ildə həmin akademiyanı fərqlənmə ilə bitirib.

Qarabağ bölgəsində taqım komandirliyindən briqada komandirliyinə kimi xidmət yolu keçib.

4 iyul 2013-cü ildən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda xidmətə başlayıb və Şahbuz rayonundakı hərbi hissənin komandiri olub.
Polkovnik Tehran Mənsimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan 44 günlük Vətən müharibəsində fəal iştirak edib. O, noyabrın 4-dən 8-nə qədər davam edən Şuşa döyüşlərində şəhərə girən ilk zabitlərdən olub. Bu döyüşlərdə qəhrəmanlıq nümayiş etdirib.

Tehran Mənsimov 2005-ci ildə "İgidliyə görə", 2017-ci ildə "Vətən uğrunda" medalları ilə təltif edilib.

Vətən müharibəsindəki qəhrəmanlığına görə 2020-ci ildə ona ölkə başçısının sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni verilib. Eyni zamanda o, "Şuşanın azad olunmasına görə" medalı ilə də təltif edilib.

Prezidentin 24 iyun 2021-ci il tarixli sərəncamları ilə Tehran Mənsimova “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları verilib.


Tehran Mənsimovun hazırda xidmət etdiyi Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti 16 mart 2020-ci il tarixində  yaradılıb. Həmin tarixdə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib. Ləğv edilən qurumun əsasında isə aşağıdakı 3 dövlət orqanı yaradılıb:


Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti;
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Eyyubovdur.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İrəvandan YENİ TƏXRİBAT: Qarabağa 300 milyon ayıracaq 25 Oktyabr 2021, 14:05 İlham Əliyev ermənistanla sərhəddə hərbi hissənin AÇILIŞINDA 25 Oktyabr 2021, 14:00 Xanlıq-Qubadlı yolunun təməli qoyuldu 25 Oktyabr 2021, 13:56 Prezidentlə xanımı QUBADLIDA 25 Oktyabr 2021, 13:51 “Delimitasiya üçün Xalq Cümhuriyyətinin xəritəsi əsas götürülsün!” – TƏKLİF 25 Oktyabr 2021, 13:45 Ankarada kompozisiya təqdim olundu 25 Oktyabr 2021, 13:40 Müalicə aldıqları evi tərk edən koronavirus xəstələri aşkarlandı 25 Oktyabr 2021, 13:34 Ombudsman Ermənistan cinayətlərindən DANIŞDI 25 Oktyabr 2021, 13:28 Şənbə-bazarın yol terroru - 8 qəza, 8 ölü 25 Oktyabr 2021, 13:22 Ən çox və ən az məhbusu olan ölkələr: Azərbaycan neçəncidir? - REYTİNQ 25 Oktyabr 2021, 13:17 Rayon sakinlərindən odlu silah GÖTÜRÜLDÜ 25 Oktyabr 2021, 13:12 Koronavirusun delta ştammının FOTOSU 25 Oktyabr 2021, 13:06 Dələduz qadın tutuldu 25 Oktyabr 2021, 13:00 Azərbaycanın mükafatı fəxri konsula verildi 25 Oktyabr 2021, 12:54 Hamilə qadınlar da peyvənd oluna bilər - RƏSMİ 25 Oktyabr 2021, 12:48 Hadi Rəcəbli HARALARDADI... 25 Oktyabr 2021, 12:45 Rusiya ilə Ermənistan Zəngəzurda hərbi təlimlər KEÇİRDİ 25 Oktyabr 2021, 12:39 Goranboyda şəhidin məzarı ziyarət olunub 25 Oktyabr 2021, 12:35 Qanunsuz meşə materialı AŞKARLANDI 25 Oktyabr 2021, 12:31 Prokurorluq 37 yaşlı kişinin ölümünü ARAŞDIRIR 25 Oktyabr 2021, 12:26 Türkiyədə meşələri yandıran 7 rusiyalı saxlanıldı 25 Oktyabr 2021, 12:20 Azərbaycan hansı ölkədən hərbi təyyarələr alacaq? 25 Oktyabr 2021, 12:15 Sabah Bakıda yağış yağacaq 25 Oktyabr 2021, 12:10 8 maşından OĞURLUQ ETDİ 25 Oktyabr 2021, 12:05 Mehriban Əliyeva Qubadlıdan paylaşım etdi - FOTO 25 Oktyabr 2021, 12:00 Qahirədə müdavimlərlə GÖRÜŞ   25 Oktyabr 2021, 11:55 Sərxoş oğru TUTULDU 25 Oktyabr 2021, 11:50 DOST Mərkəzinə MEDİATUR 25 Oktyabr 2021, 11:46 İrəvan-Gümrü qatarı daşa basıldı 25 Oktyabr 2021, 11:42 Azərbaycanın Türkiyəyə ixracı 2 milyard dollara çatır 25 Oktyabr 2021, 11:38 Paşinyan Qafqazda “sülh dövrü”nün başlandığını ELAN ETDİ 25 Oktyabr 2021, 11:34 Bakının mərkəzində qumbara tapıldı - FOTO 25 Oktyabr 2021, 11:30 Tuneldə QƏZA - FOTO 25 Oktyabr 2021, 11:27 Ermənistan hərbi xərclərini artırır – Paşinyan AÇIQLADI 25 Oktyabr 2021, 11:25 Hafiz Hacıyevi süni tənəffüs aparatından ayırıblar - YENİLƏNİB 25 Oktyabr 2021, 11:20