Arxiv
5 İyul 2021, 14:06 | QARABAĞ
Erməni diversantların bir qismini hələ təhvil VERMƏYƏK!

Rusiyanın təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim etdi. Bunun əvəzinə Azərbaycan ötən dəfə olduğu kimi 15 erməni diversantı Enməstana təhvil verdi.


Azərbaycanın erməni diversantların bir hissəsini Ermənistana təhvil verib bunun əvəzinə minalanmış ərazilərin xəritəsini əldə edəcəyi hadisədən bir gün əvvəl bəlli oldu. Bakıda erməni diversantlarının məhkəməsində onların bəzilərinə 6 ay iş kəsildi. Bu o demək idi ki, həmin ermənilər azadlığa buraxılmalıydı. Çünki onlar artıq 6 aylıq həbs müddətini tamamlamışdılar. Belə də oldu. Həmin diversantlar Emənistana təhvil verildi və Azərbaycan Füzuli və Zəngilan istiqamətində basdırılan minalanmış ərazilərin xəritəsini əldə etdi.


Azərbaycan cəmiyyətində son proseslə bağlı əsasən iki sual səslənir:


Birinci sual: Rusiyanın prosesdə iştirakı hansı amillərlə əlaqəli idi?


İkinci sual: Minalanmış ərazilərin xəritəsi nə dərəcədə dəqiqdir?


“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Modern.az-a bildirib ki, Rusiyanın Ağdam ətrafında minalanmış ərazilərin xəritəsinin Azərbaycana təhvil verilməsində rolu olmadı. Əsas vasitəçi kimi Gürcüstan, Avropa İttifaqı və ABŞ təmsilçiləri çıxış etdilər.

“Müharibə bitdikdən sonra ilk dəfəydi ki, Azərbaycanla Ermənistan arasında Rusiyanın iştirakı olmadan razılaşma əldə edildi. Bu hal Kremli narahat etməyə bilməzdi. Rusiya Azərbaycan və Ermənistan arasında 10 noyabr və 11 yanvar bəyanatlarının müəllifi kimi Qarabağla bağlı proseslərə nəzarəti yalnız Türkiyə ilə bölüşmək məcburiyətində qalmışdı. ABŞ və Avropa İttifaqı, o cümlədən Rusiya ilə diplomatik münasibətləri olmayan qonşu Gürcüstan oyundankənar vəziyyətdə idi. Ona görə də bu 3 mərkəzin Rusiyanın xəbəri olmadan Azərbaycan və Ermənistanla xəritələr, əsir diversantlar ətrafında apardığı danışıqlar və əldə etdikləri nəticə bu dəfə Kremli hərəkətə keçirdi.

Moskvanın tapşırığıyla Rusyanın Qarabağdakı hərbi kontingentinin rəhbəri Rüstəm Muradov Bakı və İrəvanla intensiv danışıqlara başladı. Rüstəm Muradovun əldə etdiyi nəticə ABŞ, Avropa İttifaqı və Gürcüstan təmsilçilərinin əldə etdikləri birgə nəticədən az əhəmiyyətli olmadı. Əgər 3 mərkəz 15 ermənini bir xəritəyə dəyişmişdilərsə, Rüstəm Muradov 15 ermənini iki rayonun xəritəsinə dəyişməyə müvəffəq oldu”.


Politoloqun sözlərinə görə, əslində Qarabağla bağlı bütün məsələlərin Rusiyanın iştirakı və vasitəçiliyi ilə həlli Azərbaycanın maraqlarına cavab vermir.

“Çünki bu halda Rusiya özünü bölgənin əsas sahibi kimi aparır. Misal üçün, Rusiya prezidenti Azərbaycanın başı üzərindən fransalı həmkarıyla Qarabağa maliyyə və humanitar yardım barədə telefonla danışır, müzakirə aparır. Halbuki, bu telefon danışğının ardınca diplomatik etika Rusiya prezidentinin Azərbaycan prezidentinə zəngini və Parislə Qarabağla bağlı aparılan danışıqların təfərrütlarının azərbaycanlı həmkarının diqqətinə çatdırılmasını diqtə edirdi.

Buna baxmayaraq, Azərbaycan minalanmış ərazilərin xəritələrini əldə etməkdə davam edir və bu gələcək planlarımızın – köçürülmənin və inşaat çalışmalarının sürətlənməsinə şərait yaradacaq. Qarabağda yaşayan ermənilərin sayı 30-35 min arasındadır, bunu özləri də etiraf edirlər. Qarabağa köçürüləcək yüz minlərlə soydaşımız erməni separatizminə növbəti zərbə olacaq”.


Minalanmış ərazilərlə bağlı xəritələrin dəqiqliyinə gəldikdə, E.Şahinoğlu deyib ki, Azərbaycan Müdafiə Nazirliyinin xəritələrlə bağlı açıqlaması hələ ki yoxdur:

“Əgər birinci dəfə Ağdam ətrafında basdırılan minaların xəritəsi saxta olsaydı, Füzuli və Zəngilan rayonları ətrafında basdırılan xəritələrlə bağlı razılaşma olmayacaqdı. Ancaq mümkündür ki, bu xəritələrin xaricində də basdırılan minalar var, qarşı tərəf bunu bizdən gizlətməyə çalışır. Demək, erməni diversantların bir hissəsini hələ təhvil verməməliyik”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Məsciddə ölənlərin sayı 63-ə çatdı 16 Oktyabr 2021, 09:41 4 Rusiya vətəndaşı oteldə ölü tapıldı 16 Oktyabr 2021, 09:38 “Rus aləmi”: Kreml “yumşaq gücü”nü sərtləşdirir 16 Oktyabr 2021, 09:29 Baş qazi Etimad Əsədovun vəfatından üç il ötür... 16 Oktyabr 2021, 09:24 Bakıda ticarət mərkəzi yanır 16 Oktyabr 2021, 09:18 118 əfqanıstanlı Azərbaycandan sığınacaq İSTƏYİB 16 Oktyabr 2021, 09:15 Diplomatik korpus nümayəndələrinin Suqovuşana səfəri BAŞLAYIB 16 Oktyabr 2021, 08:46 Beyrutda 19 nəfər saxlanıldı 16 Oktyabr 2021, 00:52 İranın Baş Qərargah rəisi Moskvaya gedir 16 Oktyabr 2021, 00:33 Gəncədə prorektor öldü 16 Oktyabr 2021, 00:08 Türkiyənin koronavirus statistikası 15 Oktyabr 2021, 23:55 "Qarabağ"ın futbolçusu Krımda evlənir- FOTOLAR 15 Oktyabr 2021, 23:25 Rusiya həbsxanasında qiyam 15 Oktyabr 2021, 23:07 AFFA-dan məşhur serialla bağlı AÇIQLAMA 15 Oktyabr 2021, 22:45 Rusiyaya qanunsuz geyim keçirmək İSTƏDİLƏR   15 Oktyabr 2021, 22:40 "Biz"ə MÜKAFAT verildi 15 Oktyabr 2021, 22:27 Pentaqon rəhbəri Zelenski və Qaribaşvili ilə görüşəcək 15 Oktyabr 2021, 22:17 İtaliyada COVID sertifikatlarına ETİRAZ 15 Oktyabr 2021, 22:08 Üç ölkə parlament komissiyalarının İCLASI 15 Oktyabr 2021, 21:51 Komitə sədri: “Radikal qruplaşmaların asayişi pozmaq imkanları sıfırdan aşağıdır” 15 Oktyabr 2021, 21:38 Ölkəmizdə “Formula-1”  bu tarixlərdə keçiriləcək 15 Oktyabr 2021, 21:27 Nərimanovda intihara CƏHD 15 Oktyabr 2021, 21:09 Ermənistan YALAN məlumat yayıb 15 Oktyabr 2021, 20:54 Polşa Türkiyədən yeni silahlar alacaq 15 Oktyabr 2021, 20:34 Onların Azərbaycana giriş-çıxışına İCAZƏ VERİLDİ 15 Oktyabr 2021, 20:18 Türkiyədə 2 terrorçu zərərsizləşdirildi 15 Oktyabr 2021, 20:09 İlham Əliyev Müstəqillik Günü haqqında qanunu TƏSDİQLƏDİ 15 Oktyabr 2021, 19:52 Güneydəki həbslərlə bağlı BƏYANAT 15 Oktyabr 2021, 19:51 ABŞ səfiri Fərid Qayıbovla görüşdü 15 Oktyabr 2021, 19:41 Ceyhun Bayramov fransızlara Ermənistanın cinayətlərindən DANIŞDI 15 Oktyabr 2021, 19:28 Azərbaycandan Gürcüstana gedənlər ARTIB 15 Oktyabr 2021, 19:17 Britaniyalı deputat bıçaqlandı 15 Oktyabr 2021, 19:12 Ağdamda yeni mərkəz açıldı 15 Oktyabr 2021, 19:00 Bu şəxslər daha 5 il vergi və gömrük rüsumu ödəməyəcək  15 Oktyabr 2021, 18:52 Qanunsuz ov edən cəzalandırıldı 15 Oktyabr 2021, 18:45