Modern.az

Qarabağa “rəsmi” getməyin YOLLARI - DİN onu da kəsir

Qarabağa “rəsmi” getməyin YOLLARI - DİN onu da kəsir

Qarabağ

6 İyul 2021, 11:18

28 illik həsrətdən sonra məcburi köçkünlər öz dədə-baba yurduna getmək üçün səbrsizlənirlər. Hətta onlardan bəziləri icazəsiz yollarla işğaldan azad olunmuş ərazilərə gedib minaya düşürlər. Onlarla insan dəfələrlə edilmiş rəsmi xəbərdarlıqlara məhəl qoymadıqları üçün Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.


Modern.az mövzunun aktuallığını nəzərə alaraq, kiçik araşdırma aparıb. Məlum olub ki, vətəndaşlar işğaldan azad olunmuş ərazilərə icazəsiz getməyin təhlükəli olması səbəbindən “rəsmi” yollar axtarmağa başlayıblar.


Bu sahədə təcrübəyə malik olanlar mütləq şəkildə elektron hökumət portalında elektron icazə alınmalı olduğuna diqqət çəkirlər. Onlar bu icazəni əldə etmək üçün işğaldan azad edilmiş ərazilərdə arı və ya heyvandarlıq təsərrüfatı ilə məşğul olan fermerlərlə əlaqə saxlamağı tövsiyə edirlər. Məhz bu yolla sadə vətəndaş elektron hökumət portalında sahibkar tərəfindən fəhlə, yaxud yardımçı kimi qeydiyyatdan keçirilir. Eyni zamanda, Qarabağda quruculuq işləri ilə məşğul olan şirkətlərlə əmək müqaviləsi olanların əraziyə daxil ola biləcəyinin mümkünlüyü vurğulanır.


Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov Modern.az-ın sorğusuna cavab olaraq, deyib ki, işğaldan azad olunmuş ərazilərə getmək istəyənlərlə bağlı bütün nəzarət tədbirləri həyata keçirilir:


“İşğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

İşğaldan azad olunmuş, minalardan tam təmizlənməmiş ərazilərə keçmək istəyən vətəndaşların qarşısı alınır. Onlar barəsində qanunvericiliyə müvafiq olaraq, cəza tədbirləri görülür”.

 

DİN rəsmisi deyib ki, müxtəlif yollarla işğaldan azad edilmiş ərazilərə daxil olmaq istəyənlər olur:


“Sizin qeyd etdiyiniz məsələ ilə bağlı da lazımi qaydada nəzarət tədbirləri həyata keçirilir. İndiyədək belə hala rast gəlinməyib, rats gəlinibsə belə, qarşısı alınıb. Yəni vətəndaş qeyri-qanuni şəkildə bölgəyə daxil ola bilməyib”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü