Modern.az

Ermənilər Ağdamda təxribat törətdi - Hərbçimiz yaralandı

Ermənilər Ağdamda təxribat törətdi - Hərbçimiz yaralandı

6 İyul 2021, 19:53

İyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi hospitala təxliyə olunub.

 

Baş vermiş insidentin araşdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin komandalığına və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı