Arxiv
8 İyul 2021, 11:06 | ÖLKƏ
Siyasi partiyaları tanıyaq: Bütün parlament seçkilərinə qatılan, heç vaxt qalib ola bilməyən TƏŞKİLAT

Modern.az saytı ictimaiyyətin haqqında məlumatı olmadığı, ya da az tanıdığı siyasi partiyaları tanıtmağa davam edir.

“Siyasi partiyaları tanıyaq” rubrikasında bu dəfə Azadlıq Partiyası haqqında danışacağıq.

Partiya 1995-ci ildə təsis edilib. 2005-ci ildə dövlət qeydiyyatından keçib, sədri Əhməd Orucdur.

Əhməd Oruc qeyd edib ki, partiya demək olar ki, bütün parlament seçkilərində iştirak etsə də, heç vaxt qalib olmayıb.


Sədrin sözlərinə görə, partiyanın hazırda 43 rayon şöbəsi və 6 minə yaxın üzvü var.

Partiya sədri fəaliyyətləri, qarşıda duran maneələr haqqında Modern.az-a danışıb.


Onun sözlərinə görə, siyasi müxalifət partiyaları üçün çox saylı maneələr var:


“Birinci maneə ondan ibarətdir ki, qanuna müvafiq olaraq partiyalara qərargah ayrılmayıb. Baxmayaraq ki, guya bizim partiya hakimiyyətlə dialoqdadır. Hakimiyyət bizə normal fəaliyyət göstərmək üçün şarait yaratmır. İkinici məsələ isə Azərbaycan mətbuatında partiyalara münasibətdir. Hakimiyyətyönlü partiyalar mətbuatda təbliğ olunur, ancaq müxalif partiyalar nə hakimiyyətyönlü mediada, nə də internet resurslarında təbliğ olunur. Hətta İctimai TV belə bizim tələblərimizə baxmayaraq, fikirlərimizə yer vermir. Onlar sadəcə Azərbaycanda ictimai rəyi qarışdırmaqla məşğuldular. Bizim sonrakı narazılığımız ölkədə hakimiyyətin yürütdüyü siyasətdir”.


Ə.Oruc deyir ki, istənilən ölkənin iqtisadiyyatını çökdürə bilən faktorlardan biri rüşvətxorluqdur. O, korrupsiyaya yoluxan rüşvətxor məmurlarla mübarizənin sərtləşdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

 

Əhməd Orucun sözlərinə görə, hakimiyyət siyasi partiyalara rəqibləri kimi baxır:

“Hakimiyyəti bu iqtidardan daha yaxşı idarə edə biləcək istənilən bir komandadan fəaliyyət, bir çağırış görsək, heç şübhəsiz dəstəkləyəcəyik. Dünyanın hər yerində siyasi partiyalara dövlət adamı yetişdirən bir institut kimi baxılır. Buna uyğun olaraq da dövlət tərəfindən maliyyə ayrılır. İnkşaf etmiş ölkələrin hamısında demək olar ki, belədir. Azərbaycanda isə hakimiyyət pərdəarxası yardım etməklə partiyaları ələ almağa çalışır. Ancaq gerçək maliyyələşmə indiki qanunvericiliyə görə, yalnız parlamentdə təmsil olunan partiyalara şamil olunur. Parlamentdə təmsil olunmaq üçün partiyalar isə cəmiyyətin rəyindən asılı olmayaraq, hakimiyyətin istəyi ilə seçilir. Bu baxımdan bizim hakimiyyət tərəfindən maliyyələşməyimiz sıfır səviyyəsindədir.

Partiyaların əvvəlki kimi mətbuat resursları yoxdur. Ölkədə fəaliyyət azadlığı aşağı səviyyədədir. Yeni Azərbaycan Partiyasının bütün müəssələrdə çevrələri var. Ancaq hər hansısa bir müxalifət partiyanın rəhbərinin, üzvünün məktəbdə, universitetdə işləməsi mümkünsüzdür. Onlar siyasi mövqeyinə görə təzyiqlərə məruz qalırlar. Əvvəllər Azərbaycanda bəzi partiyaların xaricdən maliyyələşməsi prosesi var idi, indi onun da qarşısı  alınıb. Ona görə də, Azərbaycanda müxalif partiyaların fəaliyyət göstərməsi həddən artıq çətindir. Bütün çətinliklərə baxmayaraq, müxalif partiyalar öz savaşlarını davam etdirirlər.

Bizim də digər müxalifət partiyaları kimi ofisimiz yoxdur. Əslində əvvəl bizə bir ofis təklif etdilər, o da toyuq damına oxşayırdı. Bu baxımdan həmin ofisdən biz imtina etdik. Hesab edirik ki, doğru qərar qəbul etmişik. Orda normal fəaliyyət göstərmək olmazdı”.

 

Aysel Məhərrəm

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Avropa parlamenti Rusiyanı “1 nömrəli təhdid” ELAN ETDİ 16 Sentyabr 2021, 15:33 Daha bir komitə iclası keçirilib 16 Sentyabr 2021, 15:33 “Azəriqaz” Salyanda 9 kəndi qazlaşdırdı - FOTOLAR 16 Sentyabr 2021, 15:30 İran səfirini Hikmət Hacıyevlə görüşdürən SƏBƏB - Tehran diplomatını pis vəziyyətdə qoyub 16 Sentyabr 2021, 15:27 Prezident yol təmirinə 5 milyon manat ayırdı 16 Sentyabr 2021, 15:22 Moskvada halal kəndlər yaradılır 16 Sentyabr 2021, 15:16 “Bakcell”dən “Pulsuz zəng” adlı yeni məhsul 16 Sentyabr 2021, 15:10 Baş nazirdən un və buğdanın qiymətilə bağlı yeni QƏRAR 16 Sentyabr 2021, 15:05 QHT-lərin fəaliyyətini tənzimləyən qanunlar dəyişəcək 16 Sentyabr 2021, 15:00 Rusiyada TƏXRİBAT: Qarabağda ölən ermənilərə abidə qoydular - Deputat etiraz etdi 16 Sentyabr 2021, 14:56 “ABŞ səfiri tutduğu vəzifəyə hörmətsizlik edir” – Komitə sədri 16 Sentyabr 2021, 14:55 Rüstəm Xəlilov şəhid ailələrini və qaziləri ziyarət edib - FOTOLAR 16 Sentyabr 2021, 14:52 Prezident Eldar Məmmədəliyevlə bağlı sərəncam İMZALADI 16 Sentyabr 2021, 14:48 Ermənistan prezidenti Fransaya getdi 16 Sentyabr 2021, 14:42 “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik ediləcək 16 Sentyabr 2021, 14:36 Səyyad Əlizadənin bacısı Prezidentə və birinci xanıma müraciət etdi - VİDEO 16 Sentyabr 2021, 14:31 Direktorun əmlakına həbs qoyuldu 16 Sentyabr 2021, 14:30 Qərbi Azərbaycanda xüsusi əməliyyat: 30 girov xilas olundu 16 Sentyabr 2021, 14:26 Ermənistanın dağıtdığı 45 məktəbdən 36-sı təmir olunub 16 Sentyabr 2021, 14:22 Qorillalar koronavirusa yoluxdu 16 Sentyabr 2021, 14:18 Universitet tələbələri üçün yeni sistem yaradıldı 16 Sentyabr 2021, 14:14 Prezident fərman İMZALADI 16 Sentyabr 2021, 14:08 Hökumət Tural Abbaslıya təzminat ödəyəcək 16 Sentyabr 2021, 14:02 “Orada insanlar oğurlanır, qətlə yetirilir” – Səfir 16 Sentyabr 2021, 13:56 Cavanşir Paşazadə: “İranla əlaqələrimizi pozmağa çalışırlar” 16 Sentyabr 2021, 13:50 ÜST-dən Azərbaycan əhalisinə MÜRACİƏT: “Peyvənd kifayət deyil” 16 Sentyabr 2021, 13:44 Tənəffüs vaxtı şagirdlərə bunu etməyə icazə verilməyəcək 16 Sentyabr 2021, 13:38 Azərbaycanda “Mu” ştammına yoluxan var? - ÜST açıqladı 16 Sentyabr 2021, 13:34 Məzahir Əfəndiyev seçicilərlə görüşdü - FOTO 16 Sentyabr 2021, 13:30 İcra başçısı və deputat Şəhidlərin məzarlarını ziyarət edib - FOTOLAR 16 Sentyabr 2021, 13:26 Nazirlik rəsmisi: “COVID-19 xəbərlərinə fasilə verin” 16 Sentyabr 2021, 13:26 İran sürücüləri Azərbaycana rüsum ödəməmək üçün alternativ yol axtarır 16 Sentyabr 2021, 13:23 Rəsmi Bakı fransalı meri “qara siyahı”ya salır 16 Sentyabr 2021, 13:18 Prezidentin köməkçisi yenidən İran səfiri ilə görüşdü 16 Sentyabr 2021, 13:12 Valideynlər məktəbə buraxılmayacaq 16 Sentyabr 2021, 13:06
SORĞU Hansı vaksinə etibar edirsiniz?