Modern.az

İspaniyada minlərlə insan işıqsız qaldı

İspaniyada minlərlə insan işıqsız qaldı

Dünya

25 İyul 2021, 12:25

İspaniyada minlərlə insan krallığı Fransa ilə birləşdirən yüksək gərginlikli elektrik xəttinin kəsilməsi səbəbindən işıqsız qalıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə “El Pais” qəzeti məlumat yayıb. 

 

Məlumata görə, problem Əndəlüs, Araqon, Kataloniya, Madrid və Navarada müşahidə olunur. “Red Electrica” şirkətinin “Twitter” səhifəsində verən açıqlamaya görə, “dəniz təyyarəsi ilə bağlı hadisə Fransanın yüksəkgərginlikli şəbəkəsində problem yaradıb ki, bu da yarımadanın Avropanın qalan hissəsindən müvəqqəti olaraq ayrılmasına səbəb olub”.

 

“Problem artıq həll edilib, ölkəmizdə şəbəkələrarası birləşmə və zədələnmiş enerji təchizatı dəyişdirilib”, - deyə şirkətin açıqlamasında qeyd olunub.

 

“Lusa” agentliyinin yazdığına görə, həmçinin Portuqaliya da elektrik enerjisi təchizatı ilə bağlı problem müşahidə olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü