Arxiv
27 İyul 2021, 12:38 | AKTUAL
Hacı Şahin Şeyxi müdafiə etdi: “Fətva siyasi deyil, dini anlayışdır”

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli şeyxi müdafiə edən açıqlama verib.

 

Modern.az xəbər verir ki, Hacı Şahin Həsənli sosial şəbəkə hesabında bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadəyə qarşı ittihamların kökündən yanlış hesab edir:

 

“Şeyx həzrətləri hər zaman Azərbaycan dövlətçiliyinin və İslam birliyinin müdafiəçisi olub. Onun ünvanına səsləndirilən fikirlər artıq tənqid deyil, Şeyxülislam məqamına qarşı həqarət, Azərbaycan dövlətçiliyinə və İslam birliyinə qarşı təhdiddir.

 

Onun çıxışının təhrif edilməsi, başqa mənalara yozulması yolverilməzdir. Bəli, şübhəsiz, qələbə Azərbaycan əsgərinin şücaəti və əzmi sayəsində əldə olunub. Şeyx həzrətlərinin vurğuladığı kimi, bütün xalq, dini və siyasi baxışından asılı olmayaraq Ali Baş Komandanın ətrafında birləşib bu qələbəni qazandı. Bununla belə, digər ölkələrin bizimlə həmrəy olması, dəstək verməsi bizim haqlı mövqeyimizin beynəlxalq müstəvidə təsdiqi anlamına gəlir. Biz qonşularımızla, xüsusilə müsəlman ölkələri ilə, dostluq və qardaşlıq içində yaşamalıyıq. Bundan dövlətimiz və xalqımız yalnız qazanacaq”.

 

Fətva mövzusuna gəlincə, ilahiyyatçı deyib ki, bu, siyasi deyil, dini anlayışdır:

 

“Azərbaycanın haqlı mövqeyinə dəstək verən bir fətva, bizim mübarizəmizin yalnız beynəlxalq hüquq baxımından deyil, dini-mənəvi baxımdan da ədalətli olmasının ifadəsidir.

 

Hacı Allahşükür Paşazadəyə qarşı əsassız ittihamlar irəli sürənlər onun hansı cəsarətlə 20 Yanvar hadisələrində imperializmə qarşı dayandığını, xalqımızın mənafeyini qorumaq üçün mətin mövqe tutduğunu, çoxmillətli və çoxkonfessional ölkəmizdə dini və milli birliyin təmin olunmasında zəhmətini unutmamalıdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Van Qoqun yeni aşkarlanan rəsm əsəri sərgiləndi 17 Sentyabr 2021, 00:50 “Qalatasaray” avtoqolla “Latsio”ya qalib gəldi 17 Sentyabr 2021, 00:45 Bu ölkədə peyvənddən imtina edən 3000 həkim işdən qovuldu 17 Sentyabr 2021, 00:38 Niderland XİN rəhbəri istefa verdi – SƏBƏB 17 Sentyabr 2021, 00:31 Rusiyada parlament seçkiləri başladı 17 Sentyabr 2021, 00:15 Səyyad Əlizadə Mərkəzi Gömrük hospitalına köçürüldü 17 Sentyabr 2021, 00:10 İlisu qoruğunun ərazisi yanğından mühafizə olundu 17 Sentyabr 2021, 00:02 ABŞ Avstraliyadakı hərbi varlığını artırır 16 Sentyabr 2021, 23:52 Qurban Qurbanov pivə butulkasının götürülməsini istədi 16 Sentyabr 2021, 23:31 Mediasiya qanunvericiliyinin tətbiqi məqsədilə işçi qrup yaradıldı 16 Sentyabr 2021, 23:28 XİN: Ermənistanı məsuliyyətə cəlb edəcəyik 16 Sentyabr 2021, 23:26 Ermənilərin Oxçuçayı çirkləndirməsi Moldova mətbuatında 16 Sentyabr 2021, 23:14 Bakıda mənzildə qadın meyiti tapıldı 16 Sentyabr 2021, 23:10 Naxçıvandan Gəncəyə aviareys fəaliyyətə başladı 16 Sentyabr 2021, 22:51 “Qarabağ”-“Bazel” oyunu qolsuz keçdi 16 Sentyabr 2021, 22:45 Avropa Müdafiə İttifaqı yaradıla bilər 16 Sentyabr 2021, 22:36 Goranboyda ikimərtəbəli ev yandı 16 Sentyabr 2021, 22:23 “Gənclər siyasəti haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 22:13 Fondun xətti ilə 35 min 576 ipoteka krediti verilib 16 Sentyabr 2021, 22:03 “Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 21:56 MEDİA rəhbərliyi Qazaxıstanda görüşlər keçirir 16 Sentyabr 2021, 21:51 İƏT nümayəndələri Şuşada monitorinq apardı 16 Sentyabr 2021, 21:43 "Doing Business" hesabatının verilməsi dayandırılır 16 Sentyabr 2021, 21:31 Çində tam peyvənd olanların sayı 1 milyardı keçdi 16 Sentyabr 2021, 21:20 Xarici şirkətlər üçün yeni tələblər 16 Sentyabr 2021, 21:10 Türkiyədə daha 262 nəfər virusdan öldü 16 Sentyabr 2021, 20:54 Türkiyə-İran sərhədi açıldı 16 Sentyabr 2021, 20:43 Kabilə bir neçə raket düşüb 16 Sentyabr 2021, 20:36 Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı açıqlandı 16 Sentyabr 2021, 20:29 Ötən ay dəmir yolu ilə 213 min sərnişin daşınıb 16 Sentyabr 2021, 20:17 Nigeriyada aviazərbələr endirildi: 9 ölü, 23 yaralı 16 Sentyabr 2021, 20:13 Türk Ağsaqqalları Birliyinin yaradılması xəbəri təkzib edildi 16 Sentyabr 2021, 19:59 Samuxda məişət evi yandı 16 Sentyabr 2021, 19:51 "Üç qardaş - 2021” təlimi davam edir - VİDEO 16 Sentyabr 2021, 19:38 Zaxarova İranın yük maşınlarının saxlanmasından DANIŞDI 16 Sentyabr 2021, 19:36
SORĞU Hansı vaksinə etibar edirsiniz?