Modern.az

Leysan yağış Gəncədə çətinliklər yaratdı

Leysan yağış Gəncədə çətinliklər yaratdı

Aktual

27 İyul 2021, 20:16

Bu gün axşam saatlarında Gəncə şəhərində yağan leysan yağış və dolu bir sıra fəsadlar törədib.

 

Modern.az xəbər verir ki, leysan yağış səbəbindən avtomobillərin hərəkətində qismən çətinlik yaşanıb, şəhərin bəzi küçələrini, evlərin həyətyanı sahələrini su basıb.

 

Hava şəraitinə görə şəhərin bəzi hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb.

 

Hazırda Gəncə şəhəri və ətraf rayonlarda yağıntılı hava şəraiti davam edir (report).

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı