Modern.az

Ölkəmizə gələn əcnəbilərin sayı azalıb

Ölkəmizə gələn əcnəbilərin sayı azalıb

Aktual

28 İyul 2021, 14:30

“2021-ci ildə ölkəmizə gələn əcnəbilərin sayında 2,7 dəfə azalma müşahidə olunub”.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov məlumat verib. O qeyd edib ki, Azərbaycana gələnlərin sayının azalması pandemiya ilə əlaqədardır:

 

“Prezidentin Sərəncamı ilə yaradılan Operativ Qərargahda DMX da təmsil olunur. 24 mart 2020-ci ildən, yəni sərhədlər bağlanandan indiyə qədər ölkəyə daxil olan hər əcnəbinin viza müddəti və ya ölkədə olma müddəti bitdikdən sonra leqal yaşaya bilirlər. 1 sentyabra qədər bu müddət davam edir. Həmin müddətdən sonra sərhədlərin bağlı qalması barədə qərar verilərsə, həmin şəxslər eyni qaydada yaşaya bilər. Amma sərhədlərin açılması barədə qərar olarsa, DMX tərəfindən müvafiq məlumatlar veriləcək ki, leqallaşma üçün hansı müddət var, yəni ya giriş-çıxış etməli, ya da ölkədə leqal qalmaları üçün addım atmalıdılar”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı