Modern.az

Metroda gediş haqqı artırılır? - Tarif Şurasından AÇIQLAMA  

Metroda gediş haqqı artırılır? - Tarif Şurasından AÇIQLAMA  

29 İyul 2021, 15:20

“Bakı Metropoliteni”ndə gediş haqqının artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət olunmayıb.

 

Bu barədə Tarif Şurasından Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

 

Məlumatda qeyd edilib ki, hazırda bu məsələnin müzakirəsi gündəmdə deyil.

 

Xatırladaq ki, Bakı metrosunda gediş haqqının artırılacağı barədə məlumatlar yayılıb. Bununla bağlı Tarif (qiymət) Şurasına müraciət olunduğu iddia edilir.

 

Hazırda metroda 1 sərnişin üçün gediş haqqı 30 qəpikdir. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır