Modern.az

ABŞ Ermənistan üçün TRIPP+ fondunun pulunu iki dəfə artırdı

ABŞ Ermənistan üçün TRIPP+ fondunun pulunu iki dəfə artırdı

Dünya

Bu gün, 09:42

ABŞ hökuməti Ermənistanda fəaliyyət göstərən TRIPP+ fondunun maliyyəsini iki dəfə artıraraq 201 milyon dollardan 402 milyon dollara yüksəldib. Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-də dərc olunan məlumatda bildirilir.

Məlumata görə, fond bu ilin 26 yanvarında – Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ABŞ dövlət katibi Marko Rubionun Vaşinqton görüşündən iki həftə sonra yaradılıb.

Görüşün yekununda tərəflər Ermənistanın cənubundan keçən TRIPP marşrutunun inkişafı və infrastruktur layihələrinin həyata keçirilməsi üçün TRIPP Development Company adlı şirkətin yaradılacağını açıqlamışdılar.

Şirkətin səhmlərinin 26 faizi Ermənistana, 74 faizi isə ABŞ tərəfinə – ABŞ-ın Delaver ştatında qeydiyyatdan keçəcək TRIPP Development Company US şirkətinə məxsus olacaq.

Elə həmin gün Delaver ştatında TRIPP+ Enterprise Fund da təsis edilib. Fondun rəhbəri ABŞ-da Respublikaçılar Partiyasını və xüsusilə Donald Trampı dəstəkləyən iş adamı Konstantin Sokolov təyin olunub.

Məlumata əsasən, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosu 30 yanvarda fonda 201 milyon dollar qrant ayırmışdı. Bu vəsaitin 2036-cı il dekabrın 31-dək istifadə olunması nəzərdə tutulurdu.

Lakin 16 iyul tarixində sənədə edilən dəyişikliklə ABŞ hökuməti fondun maliyyəsini 402 milyon dollara çatdırmaq öhdəliyini götürüb. Vəsaitin istifadə müddəti dəyişməyib və 2036-cı ilin sonuna qədər qüvvədə qalır.

Mənbənin məlumatına görə, ayrılan vəsaitlərin əsas hissəsinin Ermənistanda xərclənməsi planlaşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
GƏRGİNLİK ARTDI! Türkiyəyə şok zərbə endirildi - Gəmisi vuruldu!