Arxiv
31 İyul 2021, 14:16 | AKTUAL
ADU-da Pakistan Mədəniyyət Mərkəzi açıldı - FOTOLAR

Azərbaycan Dillər Universitetində (ADU) Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub.

 

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, açılış mərasimində Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər, Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee, Azərbaycan Milli Məclisinin deputatları və başqaları iştirak edib.

 

ADU-nun rektoru, akademik Kamal Abdulla qonağı rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu bildirib. Rektor 44 günlük Vətən müharibəsinin Azərbaycan üçün böyük sınaq olduğunu deyib: “Azərbaycan xalqı bu sınaqdan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında böyük inamla, qələbə ilə çıxdı. Biz 44 günlük Vətən müharibəsində qalib gəldik, ərazilərimizin bütövlüyünü bərpa elədik. Bu çətin sınaq dövründə bir çox qardaş ölkələr bizim yanımızda oldu. Bu dövlətlər arasında Pakistan ön sıralarda idi. Bunun üçün öz həmkarlarım adından, Azərbaycan ziyalıları adından minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, bu minnətdarlıq hissi Azərbaycan xalqının qəlbindən əsrlərlə silinməyəcək”.  

 

Akademik Kamal Abdulla əlavə edib ki, böyük mədəniyyətə, zəngin elmi irsə malik olan Pakistanın mədəniyyət mərkəzinin ADU-da açılması əlamətdar hadisədir. Pakistanın Azərbaycanda ilk mədəni məkanı olan mərkəzin açılmasının pakistanlı və azərbaycanlı gənclər, eyni zamanda, hər iki ölkənin alimləri üçün çox səmərəli fəaliyyətin başlanğıcı olacaq: “Biz istəyirik ki, bu mərkəzdə azərbaycanlı gənclər Pakistan xalqını daha yaxşı tanısın. Biz istəyirik ki, Pakistanın böyük elm və ədəbiyyat xadimlərinin əsərləri auditoriyalarda məhəbbətlə səslənsin. İstəyirik ki, Azərbaycan Dillər Universitetində olan Pakistan Mədəniyyət Mərkəzi kimi Azərbaycan Mədəniyyət Mərkəzi də Pakistanda qurulsun. Artıq bu işə sizin tövsiyyənizlə başlamışıq. İnanıram ki, siz də, sizin həmkarlarınız da bu xeyirxah işdə bizi dəstəkləyəcəksiniz. Bir daha Azərbaycan Dillər Universitetinə xoş gəlmisiniz. Sizi əmin edirəm ki, növbəti səfərinizdə bu mərkəz vasitəsi ilə urdu dilində danışan tələbələrlə görüşəcəksiniz”.

 

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee bildirib ki, Pakistan Mədəniyyət Mərkəzinin açılışı iki xalqın elm, təhsil və mədəni əlaqələrinin inkişafına böyük töhfə verəcək: “İnanıram ki, bu mərkəz vasitəsi ilə Pakistanın tarixi, dili, mədəniyyəti, adət-ənənələri ən gözəl şəkildə öyrəniləcək. İstərdik, bu gələcəkdə bu mərkəz o qədər inkişaf etsin ki, fakültə kimi fəaliyyətə başlasın və tələbələr ölkəmiz haqqında daha yaxşı məlumat əldə etsinlər”.

 

Səfir vurğulayıb ki, Pakistan gəncləri Azərbaycan gəncləri kimi Qarabağı öz ürəklərində hiss edirlər: “Biz sevinirik ki, Qarabağ işğaldan azad edilib. Arzu edirəm ki, Azərbaycan gəncləri də Kəşmiri öz ürəklərində hiss etsinlər və tezliklə Kəşmirin azadlığını Azərbaycanla birlikdə qeyd edək”.

 

Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər mərkəzin açılışına, Pakistan tarixinə və mədəniyyətinə olan diqqətə görə təşəkkürünü bildirib: “Pakistanda açılacaq Azırbaycan Mədəniyyət Mərkəzi üçün hər cür köməklik, dəstək göstərməyə hazırıq. Təhsil sahəsində əməkdaşlıq çox vacibdir. Biz gələcəkdə iki ölkə arasında tələbə mübadiləsi, elmi əməkdaşlıq sahəsində addımlar atacağıq. Eyni zamanda qarşılıqlı şəkildə diplomların tanınması məsələsi də gələcəkdə görüləcək işlərdir”.

 

Daha sonra tədbirdə Pakistan haqqında qısa film nümayiş olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Milli Qəhrəmanımızın şəhadət günüdür   24 Sentyabr 2021, 09:01 Xarici valyutaların manata qarşı məzənnələri 24 Sentyabr 2021, 08:50 Elbrus dağında 5 turist həlak oldu 24 Sentyabr 2021, 08:40 Azərbaycanda ən çox sürülən avtomobil markaları: “Mercedes”, “Jiquli”… - Maraqlı SİYAHI 24 Sentyabr 2021, 08:35 Prezident: “İstənilən müsbət siqnala cavab verməyə hazır idik”   24 Sentyabr 2021, 08:33 Nyu-Yorkda məcburi köçkünlərin qayıtmasından danışıldı 24 Sentyabr 2021, 08:30 “Təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik”   24 Sentyabr 2021, 08:27 “Ermənistan sərhədlərini qorumaq iqtidarında deyil” - Prezident 24 Sentyabr 2021, 08:24 İlham Əliyev BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif etdi 24 Sentyabr 2021, 08:23 İlham Əliyev: “Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur”   24 Sentyabr 2021, 08:20 Prezidentdən beynəlxalq şirkətlərə çağırış 24 Sentyabr 2021, 08:18 Azərbaycan regionda daha bir ilkə imza atdı 24 Sentyabr 2021, 08:17 “Azərbaycanın doqquz şəhəri yer üzündən silinib” - Prezident 24 Sentyabr 2021, 08:12 Ceyhun Bayramov iranlı həmkarı ilə bölgədəki vəziyyəti müzakirə etdi 24 Sentyabr 2021, 07:04 İlham Əliyev Bakı yaxınlığına atılan raketdən danışdı - BMT sessiyasındakı çıxışın TAM MƏTNİ 24 Sentyabr 2021, 06:37 Ağstafada 4 otaqlı ev yandı 24 Sentyabr 2021, 00:52 Daha bir ölkədə vulkan püskürdü 24 Sentyabr 2021, 00:50 ABŞ İsrailin raket sistemləri üçün 1 milyard dollar ayırır 24 Sentyabr 2021, 00:37 Şahmatçılarımız Avropada növbəti dəfə qələbə qazandılar 24 Sentyabr 2021, 00:19 Mediasiya Şurasının geniş iclası keçirildi 24 Sentyabr 2021, 00:08 Qardaşı Mübariz Mənsimovu məhkəməyə verdi 23 Sentyabr 2021, 23:55 Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü - FOTO 23 Sentyabr 2021, 23:40 Rusiyada hərbi helikopter yoxa çıxıb 23 Sentyabr 2021, 23:34 Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verdi 23 Sentyabr 2021, 23:13 NATO-nun iki hərbi gəmisi Qara dənizə girdi 23 Sentyabr 2021, 22:58 BMT-nin missiya rəhbəri Kabilə qayıtdı 23 Sentyabr 2021, 22:40 XİN başçısı slovakiyalı həmkarı ilə görüşdü 23 Sentyabr 2021, 22:21 Ceyhun Bayramov Baş katiblə müzakirələr aparıb 23 Sentyabr 2021, 22:07 Türkiyə əhalisinin 69%-dən çoxu tam peyvəndlənib 23 Sentyabr 2021, 21:51 Şəhid tabor komandirinin xatirəsi anıldı - FOTOLAR 23 Sentyabr 2021, 21:36 Sabiq partiya sədrinə YAP-ın vəsiqəsi verildi 23 Sentyabr 2021, 21:28 Türkiyəli futbolçu rəsmən “Barselona”da 23 Sentyabr 2021, 21:12 “Azərbaycan Opera İnciləri” filmi təqdim olundu 23 Sentyabr 2021, 21:01 FHN hava ilə bağlı əhaliyə müraciət etdi 23 Sentyabr 2021, 20:48 “ABŞ-la düşmən yox, dost olmaq istəyirik” - Ərdoğan 23 Sentyabr 2021, 20:32
SORĞU Hansı vaksinə etibar edirsiniz?