Modern.az

Vətən Müharibəsi Qəhrəmanının cənnətdəki ilk doğum günü - FOTOLAR

Vətən Müharibəsi Qəhrəmanının cənnətdəki ilk doğum günü - FOTOLAR

9 Avqust 2021, 15:32

Bu gün Vətən Müharibəsində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin kapitanı İsmayıl Səmədovun doğum günüdür.

 

Modern.az-ın məlumatına görə, İ.Səmədov 1990-cı il avqustun 9-da Zaqatala rayonunun Lahıc kəndində dünyaya gəlib. 1996-2005-ci illərdə Q.Qocayev adına Lahıc кənd tam orta məktəbində, 2005-2007-ci illərdə isə Bakıda Kimya-Biologiya Təmayüllü Liseydə təhsil alıb.

 

Liseyi bitirdikdən sonra təhsilini 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) davam etdirib. 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2011-ci ildə öz ərizəsiylə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) kursuna yazılıb və bu kursu birinciliklə bitirib. 2014 və 2017-ci illərdə Gürcüstanda dağçılıq və dağçılığın təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə keçib. 2015-ci ildə Türkiyədə xizəkçilik təlimlərinə qatılıb. 2018-ci ildə isə Türkiyədə 25 ölkə arasında keçirilən EFES beynəlxalq yarışında ölkəmizə birincilik gətirib.

 

İ.Səmədov Vətən müharibəsində qəhrəmanlığı ilə yeni tarix yazan döyüşçülərimizdən biri olub. O, Cəbrayıl, Hadrut və Füzulinin azadlığı uğrunda şücaətlə vuruşaraq oktyabrın 11-də şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra cəsur döyüşçüyə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları verilib.

 

Erməni, rus, ingilis dillərini bilirdi. Evli idi, 2 övladı yadigar qalıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi