Modern.az

Erməni hərbçilər Şuşanın bu kəndindən GERİ ÇƏKİLDİLƏR

Erməni hərbçilər Şuşanın bu kəndindən GERİ ÇƏKİLDİLƏR

18 Avqust 2021, 09:00

Qarabağdakı erməni separatçıları Şuşa rayonunun Sarıbaba (ermənilər Yextsaoq deyirlər) kəndi ilə bağlı yeni məlumat yayıblar.


Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, məlumatda erməni hərbi qulluqçuların adı çəkilən kəndi tərk etdikləri bildirilir.


Özünü həmin kəndin rəhbəri adlandıran Artak Hakobyan bildirib ki, hazırda yaşayış məntəqəsi müdafiəsiz qalıb:


“Azərbaycanlıların da 3 kilometr geri çəkilməsi üçün əsgərlərimizin mövqelərindən uzaqlaşdırıldığı barədə söz-söhbət dolaşır. Ancaq indi baş verən tək şey yalnız bizim hərbçilərimizin mövqeləri tərk etməsi və azərbaycanlıların hələ də yerlərində dayanmalarıdır”.
 

Onun sözlərinə görə, rus sülhməramlıları kəndi qorumaq üçün müəyyən müddətı gəliblər, lakin sonra ayrılıblar və bir daha geri qayıtmayıblar.


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?