Modern.az

Gürcüstanda əks kəşfiyyatın “şefi” istefaya göndərildi

Gürcüstanda əks kəşfiyyatın “şefi” istefaya göndərildi

14 Fevral 2010, 11:00

Gürcüstanın hərbi əks kəşfiyyat departamentinin rəhbəri Qiya Qabuniya tutduğu vəzifəsindən azad olunub. Modern.az xəbər verir ki, bu barədə müdafiə naziri Baço Axalaya müvafiq əmr imzalayıb. Gürcüstanın “Alia” qəzetinin yazdığına görə, Axalaya Qabuniyanın fəaliyyətindən narazılıq edib. Gürcü mətbuatı bununla belə,  hesab edir ki, Qabuniya qiymətli  infomasiyalar daşıyıcısıdır. Gürcüstan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəisi Salomo Maxaradze əks kəşfiyyat rəisinin istefaya göndərilməsini təsdiqləyib. Məlumata görə, Müdafiə  Nazirliyində kadr dəyişikliyi gözlənilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür