Bu günlərdə Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların təntənəli andiçmə mərasimi keçirilib. And içənlər arasında bu il instituta qəbul olunmuş üç şamaxılı qız da var. Onlar rayonun Göylər kəndindəndirlər.
Modern.az xəbər verir ki, bu barədə Göylər kəndinin sosial şəbəkə hesabında bildirilib.
Qeyd edilib ki, Dövlət İmtahan Mərkəzinin açıqladığı nəticələrə görə, Milli Müdafiə Universitetinin nəzdindəki Heydər Əliyev adına Hərbi İnstituta qəbul olunmuş Göylər kənd 1 saylı tam orta məktəbin üç məzunu bunlardır:
1. Salahova Fatimə Toğrul qızı (420 bal), beynəlxalq münasibətlər ixtisası, dövlət sifarişi
2. Alıyeva Ayan Əfqan qızı (412 bal), beynəlxalq münasibətlər ixtisası, dövlət sifarişi
3. Sayadova Xumar Şıxməmməd qızı (355 bal), beynəlxalq münasibətlər ixtisası, dövlət sifarişi
Göylərlilər bir orta məktəbdən eyni ildə məzun olmuş 3 şagirdin, 3 qızın hərbi profilli eyni ali məktəbə qəbul olmasını nadir hadisə sayırlar.
Milli Müdafiə Universiteti 5 mart 2022-ci ildə Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılıb.
Həmin tarixli fərmanla Heydər Əliyev adına Ali Hərbi Məktəbin bazasında Heydər Əliyev adına Hərbi İnstitut yaradılaraq Milli Müdafiə Universitetinin tabeliyinə verilib.
