15 sentyabr 2026-cı il tarixində işğaldan azad olunmuş Cəbrayıl rayonunun Şükürbəyli kəndində yeni fəaliyyətə başlayan tam orta ümumtəhsil məktəbində 33 ildən sonra ilk dərs zəngi çalınıb.
Modern.az xəbər verir ki, bu münasibətlə keçirlən tədbirdə Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, məktəb kollektivi, valideynlər və şagirdlər iştirak ediblər.
Çıxışlardan sonra tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış olub, sinif otaqlarına və digər tədris məkanlarına baxış keçirib, dərs prosesini izləyiblər.
2026–2027-ci tədris ilində Şükürbəyli kənd tam orta ümumtəhsil məktəbində 124 şagird 11 sinif komplektində tədris prosesinə cəlb olunub, onların təlim-tərbiyəsi ilə 15 müəllim məşğul olacaq.
Qeyd edək ki, 360 şagird yerlik ikimərtəbəli məktəb binasında 23 sinif otağı, 2 laboratoriya, kimya, fizika və biologiya kabinetləri, informatika və çağırışaqədərki hazırlıq kabineti, tibb otağı, qızlar və oğlanlar üçün texnologiya otaqları, kitabxana, idman zalı və 220 yerlik akt zalı mövcuddur.