Modern.az

Milli Şura sədri Vyanada Qarabağdan danışıb

Milli Şura sədri Vyanada Qarabağdan danışıb

Aktual

30 Oktyabr 2012, 11:34

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) rəhbəri Şahin Seyidzadə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” mövzusunda Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin Vyana Forumunda iştirak edib. Milli Şuranın mətbuat xidmətindən Modern.az-a bildirilib ki,  forumda  Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycanın  Avstriya Respublikasındakı Səfirliyi,  Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcması”  İctimai Birliyi və ASAIF –in təşkilatçılığı ilə keçirilib.

Forumun məqsədi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycan hökumətinin fəaliyyətinə xaricdə təhsil alan tələbələr tərəfindən töhfə verilməsidir. Bu ilk növbədə Azərbaycanlı gənclərin nizamlanma prosesi barədə məlumatlandırılması və müvafiq fəaliyyət göstərməsi üçün istiqamətləndirilməsi vasitəsilə həyata keçirilir. 

Forum zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi aspektlərindən, danışıqlar prosesinin hüquqi, humanitar və digər aspektləri ətrafında müzakirələr aparılıb.

ARGTMŞ-nın  rəhbəri Şahin Seyidzadə bu münaqişənin həlli istiqamətində xaricdə təhsil alan tələbələrin səfərbər olunması və şəbəkələşməsinin vacibliyini vurğulayıb: “Bu gün dünyanın müxtəlif ölkələrində Azərbaycanlı tələbələr təhsil alır. Onlar təhsil aldıqları ölkənin gəncləri ilə ünsiyyətdə olur, dostluq əlaqələri qurur tədricən həmin ölkənin ictimai, siyasi həyatında müəyyən rola malik olurlar. Sözsüz ki, həmin ölkənin vətəndaşlarına münaqişə ilə bağlı həqiqətləri məhz onlarla müntəzəm ünsiyyətdə olan bir gəncin çatdırması daha effektivdir. Lakin bu proses də pərakəndə baş verməməlidir. Müxtəlif ölkələrdə yaşayan gənclər şəbəkələşməli və həmrəy şəkildə həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıdır.”

Tədbirdə həmçinin,  Gənclər və İdman Naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Azərbaycanın BMT-də daimi nümayəndəsinin müavini Tofiq Musayev, Azərbaycan Gənclər Fondunun rəhbəri Fərhad Hacıyev, Millət vəkilləri və münaqişənin həlli istiqamətində fəaliyyət göstərən ekspert qrupu iştirak edib. 

 

 

 

 

 

 

 

 

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü