Modern.az

“Borçalı” Cəmiyyətindən Gürcüstan hakimiyyətinə tələb

“Borçalı” Cəmiyyətindən Gürcüstan hakimiyyətinə tələb

30 Oktyabr 2012, 13:58

Gürcüstanda Borçalı türklərinin yığcam yaşadığı Kvemo Kartli-Borçalı bölgəsindəki Bolnisi rayonunun kəndlərində soyğunçuluq halları oktyabr ayının ikinci yarısından etibarən davamlı xarakter alıb. Oktyabrın 21-dən 22-nə keçən gecə Kvemo Arkevani ( Qoşakilsə) kəndində Şirinovlar ailəsinə silahlı basqın olub. Sonraki günlərdə, 5 nəfər silahlı dəstə Bala Muğanlı kəndində Rizvan Abbasovun və Mollaəhmədli kəndində Mərifət Bayramovun evlərində soyğunçuluq edib. Eyni zamanda, sabiq millət vəkili Hidayət Hüseynovun evinə basqın olub.

“Bu kimi halların baş verməsi və təkrarlanması təəssüf hissi doğurmaqla bizləri narahat etməkdədir”-deyə “Borçalı” İctimai Cəmiyyəti hadisələrlə bağlı bəyanatında vurğulayıb. Qurum hesab edir ki, bu təxribatlar parlament seçkilərindən sonra Gürcüstan cəmiyyətində sabitliyin və demokratiyanın inkişafının pozulması istiqamətində cəhdlərdir.
“Borçalı” İctimai Cəmiyyəti Gürcüstanın hüquq-mühafizə orqanlarından qətiyyətli addımlar ataraq cinayətkarların aşkarlanması və məsuliyyətə cəlb olunmalarını tələb edir. Eyni zamanda, Cəmiyyət soydaşlarımızı təmkinli olmağa çağırır, müvafiq hüquq mühafizə və icra orqanları ilə intensiv əlaqəli işləməyi tövsiyyə edir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir