Arxiv
2 Sentyabr 2021, 10:34 | TƏHSİL
Azərbaycanda tələbə olmaq istəyənlər niyə azalır...

Bu il ali məktəblərə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı 52 min 219 nəfər olub. Ötən illə müqayisədə ali məktəblərə imtahan verənlərin sayında azalma müşahidə olunur. Belə ki, 2020-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 84 512 abituriyent ərizə vermişdi. Həmin vaxt sənəd verənlərin sayı 2019-cu illə müqayisədə 12 673 nəfər çox olub.

 

Abituriyentlərin sayında müşahidə edilən azalmanın səbəbləri sosial şəbəkələrdə və mətbuatda fərqli şəkildə izah edilir. Əksəriyyət bu tendensiyanın koronovirus pandemiyası ilə əlaqədar olduğunu, Azərbaycan təhsilin gerilədiyini iddia edir.

 

Bu barədə Modern.az-a danışan təhsil eksperti Elçin Süleymanov bildirib ki, V ixtisas qrupu üzrə sənəd verənlər göstərilən statistikaya daxil olmur. Ona görə də statistikada abituriyentlərin sayında azalma kimi görünür:

 

“2020-ci ildə 81 min, 2021-ci ildə isə 50 min abituriyent göstərilir. Amma bu iki il arasında 1500-2000 fərq var. Bu isə 1 faizdən daha azdır. Amma 2020-ci ildə abituriyent sayında 2019-cu ilə nisbətən ciddi artım (12 min abituriyent) qeydə alınmışdı.

 

2021-ci ildə ali məktəblərə sənəd verənlərin az olması, 2020-ci ildə plan yerlərinin sayının çoxluğu ilə də əlaqədardır. Ötən il demək olar ki, giriş balını keçən hər kəs qəbul olmuşdu və onlar içərisində cari ilin məzunları daha çox idi. 2020-ci ildə imtahanlardan kəsilənlərin az olması 2021-ci ildə sənəd verənlərin də azalmasına gətirib çıxardı”.

 

 

Ekspert ümumilikdə bu il qəbul imtahanlarında vəziyyətin kritik olduğunu düşünmür:

 

“Çünki əhali sayı hər il əvvəlki ilə nisbətdə artır. Əhalinin sayı artıq 10 milyon 200 mini ötmək üzrədir. Eyni zamanda, orta məktəblərdə də buraxılış imtahanları verən məzunların sayında artım var. Pandemiyadan sonra xaricdə təhsilə valideynlər bir qədər mühafizəkar yanaşırlar. Əvvəl Ukrayna, Türkiyə və Gürcüstan kimi qonşu ölkələrə, Avropaya təhsil dalınca gedənlər çox idi. Pandemiya ilə bağlı bu tendensiya bir qədər azdır. Reallıqda ciddi azalma müşahidə edilmir.

 

Bundan əlavə subbakalavrlar da bakalavr keçidində bu siyahıya daxil olmurlar. Bütün bunları nəzərə aldıqda ali məktəbə qəbul olanların sayında ciddi dəyişiklik olduğunu iddia edə bilmərik”.

 

2021-ci ilin qəbul statistikasında ixtisas qruplarına görə fərqli rəqəmlərin müşahidə olunduğunu vurğulayan ekspert abituriyentlərə məsləhətlərini çatdırıb:

 

“Keçən ilə görə keçid balını toplayanlar, qəbul olanlar II qrupda daha azdır. Dolayısı ilə bu il həmin qrupa imtahan verən abituriyentlərin şansı çoxdur. Üçüncü qrupdan imtahan verənlər isə əksinə, şansı ən az olanlardır. Çünki keçid balını toplayanlar çox, müqayisədə plan yerləri daha azdır. Bu iki qrup arasında keçən ilə görə böyük dəyişiklik var”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Mehriban Əliyeva Boğaziçi sammitinə dəvət olundu 20 Oktyabr 2021, 13:04 Ermənistanda qazın və suyun qiyməti BAHALAŞACAQ 20 Oktyabr 2021, 13:00 ABŞ Türkiyəni Yunanıstanla ƏVƏZLƏYİR 20 Oktyabr 2021, 12:41 Sabahın hava PROQNOZU 20 Oktyabr 2021, 12:30 Azərbaycanda 14 jurnalist koronavirusdan ölüb 20 Oktyabr 2021, 12:19 Erməni diversantlar qaytarıldı: Bakının jesti nəyə hesablanıb? 20 Oktyabr 2021, 12:15 Nazir “Xudafərin” SES-in inşasının tamamlanma vaxtını AÇIQLADI 20 Oktyabr 2021, 12:14 Daha bir marşrut xətti “BakuBus”a verildi 20 Oktyabr 2021, 12:10 Haaqada Nizami Gəncəvi GECƏSİ 20 Oktyabr 2021, 12:09 Türkiyə sənayesinin bir nömrəli istehsalçısı Azərbaycanda - FOTOLAR 20 Oktyabr 2021, 12:05 YAP-da yeni şöbə yaradılıb 20 Oktyabr 2021, 11:52 Elnur Əşrəfoğlu dəfn olundu 20 Oktyabr 2021, 11:48 “İşıqlı Azərbaycan Fotolarda” - QALİBLƏR 20 Oktyabr 2021, 11:41 Şəhid Elyəddin Cəfərovun xatirəsi anılıb             20 Oktyabr 2021, 11:36 Mehriban Əliyeva: Qayıdışın həyəcan və sevincini sizinlə bölüşürəm! 20 Oktyabr 2021, 11:33 Pensiya, minimum əməkhaqqı, müavinət və təqaüdlər 20-40% artırılacaq 20 Oktyabr 2021, 11:32 Zəngilan hansı iqtisadi potensiala malikdir? 20 Oktyabr 2021, 11:30 “Qarabağ Şikəstəsi”nin fortepiano KOMPOZİSİYASI 20 Oktyabr 2021, 11:30 Koronavirusun “delta”dan da təhlükəli ştamı 2 ölkədə TAPILIB 20 Oktyabr 2021, 11:26 Türkiyədə 70 yaşlı satıcıdan iyrənc cinayət – 11 yaşlı qızlara təcavüz etdi 20 Oktyabr 2021, 11:20 Prezident 300 min vətəndaşın ölümündə İTTİHAM OLUNUR 20 Oktyabr 2021, 11:19 Bakıda hakim məhkəmə zalında HƏBS EDİLDİ 20 Oktyabr 2021, 11:15 Milli Məclisdə xüsusi iclas keçiriləcək 20 Oktyabr 2021, 11:10 Əsas planımız kredit portfelini artırmaqdır - MÜSAHİBƏ   20 Oktyabr 2021, 11:07 Prokurorluq uşaqların göbələkdən ölməsini ARAŞDIRIR 20 Oktyabr 2021, 11:05 Sülhməramlılar Qarabağdakı 27 postda məşqlər keçirdi 20 Oktyabr 2021, 11:04 Bakıda bal yarmarkası açıldı 20 Oktyabr 2021, 11:00 Ermənilərin Şuşanın adını Şuşiyə çevirmək ideyası… 20 Oktyabr 2021, 10:54 Üçtərəfli komissiyanın dördüncü üzvü... – Eks-nazir AÇIQLADI 20 Oktyabr 2021, 10:53 Əli Nağıyev itkinlər məsələsini "Qırmızı Xaç"ın rəsmisi ilə müzakirə etdi 20 Oktyabr 2021, 10:49 Zəngilanda erməni silah-sursatı tapıldı - FOTO 20 Oktyabr 2021, 10:38 Sahibə Qafarova Xorvatiyanın Xarici işlər naziri ilə görüşüb 20 Oktyabr 2021, 10:32 Məktəblərdə summativlər ləğv olunur? – RƏSMİ CAVAB 20 Oktyabr 2021, 10:26 Azərbaycanlı deputatlar Prezident seçkilərini izləməyə gedirlər 20 Oktyabr 2021, 10:20 Böyük Britaniya səfiri Bakı Ali Neft Məktəbində 20 Oktyabr 2021, 10:14