Arxiv
7 Sentyabr 2021, 09:42 | PARLAMENT
Sabiq deputat vəfat etdi

Azərbaycan Milli Məclisin sabiq deputatı, Yazıçılar Birliyinin üzvü, jurnalist, ədəbiyyatşünas, fəlsəfə doktoru Xeyrulla Əliyev vəfat edib.

Bu barədə Modern.az saytına mərhumun dostları məlumat veriblər.


Xeyrulla Salman oğlu Əliyev 1991-ci il noyabrın 26-da Azərbaycan Ali Sovetinin nəzdində yaradılan Milli Şuranın 50 üzvündən biri olub.

Qeyd edək ki, Milli Şuranın 50 üzvü XII çağırış Azərbaycan Ali Sovetinin 340 deputatı arasından seçilmişdi. Həmin 50 deputatdan 25-i parlamentdəki kommunistlərin ("komblok"), 25-i isə demokratların ("demblok") nümayəndəsi idi.

O zaman Xeyrulla Əliyev Cəlilabad rayonundan deputat seçilmişdi. O, parlamentdə  mədəniyyət və dini əqidə məsələləri daimi komissiya sədrinin müavini idi.

Xatırladaq ki, Milli Şura bir müddət sonra - 1992-ci ilin may ayının 18-də Azərbyacan Respublikasının Milli Məclisi adlandırılmış və ölkənin bütün ictimai-siyasi gündəminin aparıcı orqanına çevrilmişdi.

Kommunistlərdən və demokratlardan təşkil olunmuş 50 nəfərlik Milli Şura 1991-ci ildən 1993-cü ilin iyun qiyamına qədər Azərbyacan siyasi gündəmini müəyyən edən əsas orqan kimi yadda qalıb.

Tənqidçi, ədəbiyyatşünas, nasir və tərcüməçi kimi Azərbaycan dövri mətbuatında müntəzəm çıxış edən X.Əliyev bir çox tərcümə kitablarının da müəllifidir.

O, 2003-cü ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi idi. Hekayələri, tərcümələri, oçerkləri, ədəbi-tənqidi və publisist məqalələri, teatr və kino rəyləri, eləcə də  tərcümələri dövri mətbuatda müntəzəm “Ə.Xeyri”, “Əli Xeyrəddinov”, “Xeyir Əliyev” və s. imza və təxəllüslərlə çap edilirdi. 

X.Əliyev 20-dən artıq bədii filmin mətnini Azərbaycan dilinə çevirmişdi. O, Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan alabaş”, “Gün var əsrə bərabər”, Nodar Dumbadzenin “Ağ bayraqlar” və s. əsərlərini Azərbaycan dilinə tərcümə etmişdi.

Allah rəhmət eləsin...


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Neftin qiyməti ucuzlaşdı 20 Sentyabr 2021, 09:25 COVID-19 pasportu olmayan valideynlər məktəblərə buraxılmır 20 Sentyabr 2021, 09:19 Azərbaycanda ötən il 16 nəfər cəzaçəkmə müəssisələrindən QAÇIB 20 Sentyabr 2021, 09:14 Yaponiyada yaşlı əhalinin sayı rekord həddə çatıb 20 Sentyabr 2021, 09:10 Xarici valyutaların manata qarşı məzənnələri 20 Sentyabr 2021, 09:05 Bakının əsas yollarında tıxac var - SİYAHI 20 Sentyabr 2021, 09:00 Ərdoğan ABŞ-da türk və Azərbaycan icmalarının üzvləri ilə görüşdü 20 Sentyabr 2021, 08:50 Başını Ermənistana əyən İran “səyasətbazları” indiyədək nə din tanıyıb, nə iman...  20 Sentyabr 2021, 08:43 Bulvarda gənc qız özünü dənizə atdı 20 Sentyabr 2021, 08:00 Dünyada koronavirusa yoluxanların sayı 229 milyonu ötdü 20 Sentyabr 2021, 07:53 Azərbaycan ərazisinə keçmiş ermənilər geri qaytarıldı 20 Sentyabr 2021, 07:42 Ərdoğan ABŞ-da səfərdədir 20 Sentyabr 2021, 07:30 Britaniyada 29.6 min yoluxma qeydə alındı 20 Sentyabr 2021, 00:46 Məşhur boksçu prezident olmaq istəyir 20 Sentyabr 2021, 00:37 Çoxmərtəbəli yaşayış binasında yanğın oldu 20 Sentyabr 2021, 00:22 “Əsrin müqaviləsi”nin 27 ili tamamlandı 20 Sentyabr 2021, 00:07 Şahmatçılarımız Moldova yığmasına qalib gəldi   19 Sentyabr 2021, 23:51 Bodibildinqçimiz tarixi uğura imza atdı 19 Sentyabr 2021, 23:38 Makron İsveçrə səfərini ləğv etdi - SƏBƏB 19 Sentyabr 2021, 23:24 “Çelsi” səfərdə “Tottenhem”i məğub etdi 19 Sentyabr 2021, 23:01 Batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas edildi 19 Sentyabr 2021, 22:54 Vahid Rusiya partiyası seçkilərdə öndə gedir   19 Sentyabr 2021, 22:35 "BMT Qarabağ məsələnin həll edilməsində istəksizlik göstərdi" - Koffi 19 Sentyabr 2021, 22:30 Mahir Emrelidən “Legiya”da növbəti qol 19 Sentyabr 2021, 22:14 ABŞ-da hərbi təyyarə qəzaya uğradı 19 Sentyabr 2021, 21:51 Deputatlar Rusiyada seçkiləri müşahidə etdilər 19 Sentyabr 2021, 21:40 Türkiyə əhalisinin 67.7% tam peyvəndlənib 19 Sentyabr 2021, 21:34 Rusiyada parlament seçkiləri başa çatdı 19 Sentyabr 2021, 21:17 Baş nazir vulkana görə ABŞ səfərini təxirə saldı 19 Sentyabr 2021, 21:06 İsraildə sutkalık 7 mindən artıq yoluxma 19 Sentyabr 2021, 20:54 Bu ölkədə vulkan püskürdü 19 Sentyabr 2021, 20:46 “Neftçi” “Keşlə”ni darmadağın etdi 19 Sentyabr 2021, 20:33 230-dan çox xarici vətəndaş Kabili tərk etdi 19 Sentyabr 2021, 20:18 “Bursaspor” baş məşqçini istefaya göndərdi 19 Sentyabr 2021, 20:07 Gürcüstan yenidən silkələndi 19 Sentyabr 2021, 19:49
SORĞU Hansı vaksinə etibar edirsiniz?