Modern.az

6 kiloqram narkotiklə yaxalandı, həbs edildi

6 kiloqram narkotiklə yaxalandı, həbs edildi

Aktual

Bu gün, 13:34

Ağcabədidə 6 kiloqram narkotik dövriyyədən çıxarılıb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Mahir Məhərrəmov saxlanılıb.

Ondan 2 kiloqram heroin və 4 kiloqramdan artıq həşiş aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə M. Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada