Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov vətəndaş qəbulu keçirib.
Modern.az xəbər verir ki, iyunun 30-da Milli Məclisin inzibati binasında keçirilən qəbul zamanı komitə sədri vətəndaşları fərdi qaydada qəbul edərək onların müraciət və təkliflərini dinləyib, qaldırdıqları problemlərlə maraqlanıb.
Bildirilib ki, müraciətlər əsasən vətəndaşların müayinə və müalicəsi, ödənişsiz əməliyyatlar, əlillik və əmək pensiyaları, mənzil və işlə təminat, əfv məsələləri, eləcə də digər sosial problemlərlə bağlı olub.
Qeyd olunub ki, müraciətlərin bir qismi yerində araşdırılaraq müvafiq izahat verilib və həllini tapıb. Digər müraciətlər isə nəzarətə götürülüb, onların həlli istiqamətində aidiyyəti dövlət qurumları ilə əlaqə yaradılıb.