Modern.az

Onlayn qumarın təşkili və saxta sahibkarlığa görə cəzalar sərtləşdirilir

Onlayn qumarın təşkili və saxta sahibkarlığa görə cəzalar sərtləşdirilir

Parlament

Bu gün, 13:10

Onlayn qumarın təşkili və reklamına görə cəzalar sərtləşdirilir, saxta sahibkarlıqla bağlı cinayət tərkibi yenilənir, qanunsuz internet məzmununun silinməsi qaydalarında dəyişiklik edilir.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəllə və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Belə ki, layihəyə əsasən, internet, mobil rabitə şəbəkələri, sosial şəbəkə platformaları və digər elektron vasitələrlə qanunsuz qumar oyunlarının təşkilinə və keçirilməsinə görə cəzalar sərtləşdirilir. Bu əməllərə görə azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzalarının müddəti artırılır.

Dəyişikliklərlə saxta sahibkarlıqla bağlı cinayət tərkibi də yenilənir. Hüquqi şəxsin və ya vergi uçotunda olan fiziki şəxsin qanunsuz məqsədlərlə yaradılması və ya faktiki idarə olunmasına dair məsuliyyət dəqiqləşdirilir.

Layihədə Cinayət Məcəlləsinin saxta sahibkarlıqla bağlı 208-ci maddəsinin ləğv edilməsi də nəzərdə tutulur. Bununla əlaqədar Cinayət-Prosessual Məcəlləsində də uyğunlaşdırma xarakterli dəyişikliklər edilir. Bu dəyişikliklərin 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi təklif olunur.

Bundan başqa, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna edilən dəyişikliklərlə internet informasiya ehtiyatlarında yerləşdirilən bəzi qanunsuz məzmunların məhkəmə qərarı gözlənilmədən məhdudlaşdırılması və silinməsi ilə bağlı hüquqi mexanizmlər dəqiqləşdirilir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sizə yeni x var
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada