Arxiv
9 Sentyabr 2021, 11:25 | ÖLKƏ
YAP-da növbəti intim video kimin olacaq? - Rayon təşkilatlarının sədrləri SƏKSƏKƏDƏ...

Hakim Yeni Azərbaycan Partiyasında (YAP) növbəti qalmaqal yaşanır. Buna partiyanın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun sosial şəbəkələrdə yayılan intim görüntüləri səbəb olub.

Həmin video R.Göyüşov telefonda yarıçılpaq bir xanımla görüntülü ünsiyyət qurarkən lentə alınıb. Bu ünsiyyət zamanı YAP-çı sədr cinsi ehtiraslarına hakim ola bilməyib. Təbii ki, R.Göyüşovun özü videoçəkilişdən xəbərsiz olub.


YAP artıq hadisəyə rəsmi münasibət bildirərək, Ramiz Göyüşovun əməlini əxlaqi normalara sığmayan hərəkət adlandırıb və bunun partiya tərəfindən hiddətlə qınanıldığını vurğulayıb.

İndi R.Göyüşovun partiya sıralarından uzaqlaşdırılması məsələsini İdarə Heyətinin iclasına çıxarmağa hazırlaşırlar.

Xatırladaq ki, oxşar hadisə bir müddət öncə YAP-ın Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovla bağlı da baş vermişdi.

O zaman sabiq deputat xanım işçisinə qarşı qeyri-etik hərəkətini əks etdirən məlum video ilə gündəmə gəlmişdi. Həmin görüntülər yayıldıqdan sonra Hüseynbala Mirələmov rayon təşkilatının sədri vəzifəsindən, partiyanın Veteranlar Şurasının üzvlüyündən, YAP sıralarından, eləcə də çalışıdığı Neft və Sənaye Universitetindəki kafedra müdiri vəzifəsindən azad edildi…

76 yaşlı Hüseynbala Mirələmovun özü mətbuata açıqlamasında həmin videonun sifariş olduğunu, onun ictimai fəaliyyətinə və şəxsi nüfuzuna qara yaxmağa çalışan qüvvələr tərəfindən yayıldığını bildirmişdi.

İndi oxşar taleni Ramiz Göyüşov da yaşayır. Videosu yayılan Göyüşovu YAP-ın rayon təşkilatının sədri vəzifəsindən çıxarırlar, ardınca İdarə Heyəti onu ümumiyyətlə YAP-dan qovur…


67 yaşlı Ramiz Göyüşov da mətbuata açıqlamasında eyni mövqedən çıxış edib: “Bu video ilə mənim ictimai-siyasi nüfuzuma kölgə salmağa çalışırlar”…

Modern.az saytına verilən məlumatda bildirilir ki, hadisə YAP-da əməlli-başlı çaxnaşma yaradıb. Xüsusilə rayon təşkilatları sədrlərinin səksəkə içində olduğu bildirilir. Qeyd olunur ki, YAP-ın rayon təşkilatlarının sədrləri birdən onların da intim videosu yayılar deyə, ciddi narahat olmağa başlayıblar.

Bəs növbəti belə intim video yayıla bilərmi? Verilən məlumatlarda bunun istisna olunmadığı bildirilir…

Məlumatlara görə, bu olaylardan sonra partiyanın rayon təşkilatlarına rəhbərlik və təqaüd yaşına çatmış “köhnələr” tutduqları vəzifədən uzaqlaşdırılacaq. Dünənə kimi həmin vəzifədə qalmaq üçün dirəşən "qocalar" yəqin ki, son olaylardan sonra "yumşalıblar"... 

Xatırladaq ki, hazırda YAP-ın 85 rayon təşkilatı fəaliyyət göstərir.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Taliban" Moskvada iqtisadi və siyasi dəstək istəyəcək 20 Oktyabr 2021, 00:55 Sabirabadda ev yandı 20 Oktyabr 2021, 00:23 Sabiq konsul Elnur Əşrəfoğludan YAZDI 20 Oktyabr 2021, 00:23 XİN-dən Zəngilanla bağlı PAYLAŞIM 20 Oktyabr 2021, 00:19 Zəngilanın işğaldan azad edilməsindən 1 İL ÖTÜR 20 Oktyabr 2021, 00:06 Türkiyədə daha 223 nəfər COVID-in qurbanı oldu 19 Oktyabr 2021, 23:53 Paşinyan Qarabağ məsələsindən yaxa qurtarmaq istəyir - TƏHLİL 19 Oktyabr 2021, 23:31 Bir ailə göbələkdən zəhərləndi: Ölən var 19 Oktyabr 2021, 23:29 Münhen aeroportunda 1,2 ton narkotik müsadirə edildi 19 Oktyabr 2021, 23:00 Koronavirusdan vəfat edən Elnur Əşrəfoğlu kim idi? - DOSYE 19 Oktyabr 2021, 22:52 Afrikada güc mübarizəsi: Türkiyənin mövqeyi 19 Oktyabr 2021, 22:35 Fuad Qəhrəmanlının qızına təcavüzdə ittiham edilən şəxs saxlanılıb 19 Oktyabr 2021, 22:14 ABŞ-da təyyarə qəzası: Yaralılar var 19 Oktyabr 2021, 21:50 Konqoda yük maşını çaya düşdü: 50 ölü 19 Oktyabr 2021, 21:35 BMT KXDR-in raket sınağından narahatdır 19 Oktyabr 2021, 21:21 NATO rəsmisi Gürcüstanın vasitəçilik rolundan danışdı 19 Oktyabr 2021, 20:56 Telman İsmayılovla bağlı materiallar Monteneqroya verildi 19 Oktyabr 2021, 20:51 28 may qeyri-iş, 18 oktyabr iş günü olacaq 19 Oktyabr 2021, 20:34 “Xiaomi” elektromobillərin kütləvi istehsalına başlayır 19 Oktyabr 2021, 20:20 Türk Şurasından Afrika ölkələrinə peyvənd YARDIMI 19 Oktyabr 2021, 19:50 Nazir beynəlxalq konfransda Zəngəzur dəhlizindən danışdı 19 Oktyabr 2021, 19:42 Gülağa Aslanlının ürəyinə stent qoyuldu 19 Oktyabr 2021, 19:33 Azərbaycan daha 5 hərbçini Ermənistana QAYTARDI 19 Oktyabr 2021, 19:28 Elnur Əşrəfoğlu VƏFAT ETDİ 19 Oktyabr 2021, 19:11 Prezident Xorvatiyanın xarici işlər nazirini qəbul etdi 19 Oktyabr 2021, 19:06 Erməniləri təşvişə salan hərbi hissə - VİDEO 19 Oktyabr 2021, 19:00 Daha bir məktəb distant tədrisə keçdi 19 Oktyabr 2021, 18:56 İlham Əliyev Ərdoğana başsağlığı verdi 19 Oktyabr 2021, 18:50 Koronavirusun yeni ştammı aşkarlandı 19 Oktyabr 2021, 18:43 Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir 19 Oktyabr 2021, 18:36 Universitetdə “Özbək dili günü” - FOTOLAR 19 Oktyabr 2021, 18:30 Prokurorluq həkimlə bağlı araşdırmalara BAŞLADI 19 Oktyabr 2021, 18:23 Dolların məzənnəsi sabit qaldı 19 Oktyabr 2021, 18:16 Azyaşlı sığınacağa yerləşdirildi - SƏBƏB  19 Oktyabr 2021, 18:10 Əli Əsədov slovakiyalı nazirlə GÖRÜŞDÜ 19 Oktyabr 2021, 18:05