Modern.az

YAP-da Bakı rayonları üzrə yeni sədrlər seçildi - ADLAR

YAP-da Bakı rayonları üzrə yeni sədrlər seçildi - ADLAR

Ölkə

10 Sentyabr 2021, 15:39

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.

 

Modern.az-ın məlumatına görə, iclasda Bakı şəhərinin rayonlarına yeni sədrlərin təyin olunması məsələsi müzakirə olunub.

 

Belə ki, Səbail rayon təşkilatının sədrliyinə Nağıyev Muxtar Teymur oğlunun, Nəsimi rayon təşkilatının sədrliyinə Süleymanov Azər Abdul oğlunun, Yasamal rayon təşkilatının sədrliyinə Nəbiyev Bəxtiyar Eyvaz oğlunun, Nərimanov rayon təşkilatının sədrliyinə Vəliyev Samir Əhməd oğlunun, Xətai rayon təşkilatının sədrliyinə Rəhimzadə Vüqar Gəncəli oğlunun, Nizami rayon təşkilatının sədrliyinə Vəlibəyov Ramil Vaqif oğlunun, Binəqədi rayon təşkilatının sədrliyinə İsmayılov Vüsar Qəşəm oğlunun, Sabunçu rayon təşkilatının sədrliyinə Vəliyev Misirxan İzzət oğlunun, Suraxanı rayon təşkilatının sədrliyinə Seyidov Vüqar Səməndər oğlunun, Xəzər rayon təşkilatının sədrliyinə Əhmədov Namiq Məcid oğlunun, Qaradağ rayon təşkilatının sədrliyinə Əliyev Qafar Məmməd oğlunun və Pirallahı rayon təşkilatının sədrliyinə Abasov Emil Tofiq oğlunun namizədliyi irəli sürülüb.

 

Adları çəkilən şəxslər YAP-ın Bakı üzrə rayon təşkilatlarına sədr təyin olunublar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər