2027-ci ilin büdcəsində erkən nikahlarla mübarizəyə də vəsait ayrılır.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclis vitse-spikeri Musa Qasımlı 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxışında bildirib.
O qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətinə 4 milyon 700 min manat ayrılması nəzərdə tutulub:
"Vəsaitin bir hissəsi erkən nikahların qarşısının alınmasına, məişət zorakılığına məruz qalan şəxslərə dəstəyə və insan alveri qurbanlarına yardım göstərilməsinə yönəldiləcək".