Modern.az

Qüvvədə olan akkreditasiya attestatlarının sayı açıqlandı

Qüvvədə olan akkreditasiya attestatlarının sayı açıqlandı

Ölkə

Bu gün, 11:24

Azərbaycanda bu gün qüvvədə olan akkreditasiya attestatlarının ümumi sayı 369-dur.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) direktoru Emin Zeynalov bu gün media nümayəndələri üçün keçirilən təlimdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, akkreditasiya edilmiş qurumların sırasında sınaq və kalibrləmə laboratoriyaları, sertifikatlaşdırılmanı həyata keçirən qurumlar və inspeksiya orqanları yer alır:

"Akkreditasiya attestatlarının bu qurumlara verilməsi onların fəaliyyətinin müəyyən edilmiş tələblərə uyğunluğunun və texniki səriştəliliyinin təsdiqi deməkdir. Bu isə bazarda keyfiyyətli və təhlükəsiz məhsul və xidmətlərin təşviqinə, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına və sağlam rəqabət mühitinin formalaşmasına xidmət edir".

E. Zeynalov qeyd edib ki, akkreditasiya sistemi milli keyfiyyət infrastrukturunun vacib tərkib hissəsi olmaqla məhsul və xidmətlərin təhlükəsizliyinin, uyğunluğun qiymətləndirilməsi nəticələrinin etibarlılığının və beynəlxalq səviyyədə tanınmasının təmin edilməsində vacib rol oynayır.

Mərkəzin əsas məqsədinin akkreditasiya sistemini beynəlxalq standartlara uyğun inkişaf etdirmək, uyğunluğun qiymətləndirilməsi qurumlarının səriştəliliyini təsdiqləmək və ölkədə keyfiyyət infrastrukturunu gücləndirmək olduğunu vurğulayan direktor bu fəaliyyətin ictimaiyyətə düzgün çatdırılmasında medianın rolunu xüsusi qiymətləndirdiklərini, açıq dialoq və məlumat mübadiləsinin genişləndirilməsini prioritet hesab etdiklərini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskvada gərginlik yaşanır! Ukraynadan kütləvi PUA hücumu