Modern.az

Qarabağa göndərilən rus general barədə XOŞAGƏLMƏZ MƏLUMATLAR

Qarabağa göndərilən rus general barədə XOŞAGƏLMƏZ MƏLUMATLAR

Qarabağ

10 Sentyabr 2021, 18:05

Ötən gün Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə yeni rəhbər təyin olundu.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu posta Mixail Kosobkov təyinat aldı.

 

Sentybarın 9-da general-mayor Mixail Kosobkov Yerevana gələrək Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşdü.

 

O, 10 aydır ki, sülhməramlılara rəhbərlik edən general-leytenant Rüstəm Muradovu əvəz etdi.

 

Hazırda Mixail Kosobkovun kimliyi sual doğurur. 

 

Onunla bağlı əldə olunan məlumatlar Kosobkovun MDB məkanında ərazi mübahisələri olan əksər bölgələrdə xidmət etdiyini göstərir.

 

Belə ki, 2015-2017-ci illərdə o, Gürcüstanın işğal altındakı Abxaziya bölgəsində Rusiyanın 7-ci hərbi bazasının komandiri olub.

 

Bundan başqa,  Rusiyanın Ukraynadan ilhaq etdiyi Krım yarımadasında Rusiya Hərbi Dəniz Qüvvələrinin komandir müavini vəzifəsində çalışıb. Son vaxtlara qədər isə Mixail Kosobkov Rusiyanın Şimali Qafqaz və Gürcüstanın işğal altındakı Cənubi Osetiya bölgəsini əhatə edən 58-ci Ümumqoşun Ordusunun komandir müavini olub.

 

Xidmət etdiyi münaqişəli bölgələrdə separatçı rejim rəhbərləri ilə isti münasibətlər qurması general-mayorun Dağlıq Qarabağa təyinatında müəyyən narahatlıqlar doğurur.

 

Bundan əlavə, Mixail Kosobkovun ilk növbədə Yerevana səfər etməsi, hələ də Azərbaycanın müdafiə naziri ilə görüşməməsi sual doğuram məqamlardandır. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır