Arxiv
15 Sentyabr 2021, 07:55 | AKTUAL
Meksikalı jurnalist Ermənistanın hərbi cinayətlərindən yazdı

Meksikanın ən nüfuzlu mətbu orqanlarından olan “El Universal” qəzetində ötən ay Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdə olmuş, sözügedən qəzetin redaktoru, beynəlxalq siyasi məsələlər üzrə ekspert və Meksikada keçmiş Ermənistan-Azərbaycan münaqişəsi haqda ən çox məlumatlı olan jurnalistlərdən biri Qabriel Moyssenin “Azərbaycan bərpa edir” (“Azerbaiyán, en busca de la reconstrucción”) başlıqlı geniş məqaləsi dərc olunub.

 

Azərbaycanın Meksikadakı Səfirliyindən Modern.az verilən məlumata görə, işğaldan azad edilmiş Fizuli, Cəbrayıl, Ağdam və Şuşa, həmçinin Gəncə şəhərlərində səfərdə olmuş jurnalist yazısında 30 ilə yaxın işğalda saxlanılmış ərazilərimizdə Ermənistanın apardığı kütləvi minalanmadan bəhs edərək, 44 günlük müharibədən sonra bu günədək yüzlərlə hərbi və mülki azərbaycanlının erməni minalarının qurbanı olduğunu bildirir. Bu xüsusda, Latın Amerikasından olan bir qrup jurnalistlə birlikdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri çərçivəsində ANAMA tərəfindən aparılan minatəmizləmə işlərinin şahidi olduğunu qeyd edir. Jurnalist həmçinin, Ermənistan silahlı qüvvələri tərəfindən uzun illər işğal dövründə bu ərazilərdə yüz minlərlə minanın yerləşdirildiyi, Ermənistanın mina xəritələrini verməkdən imtina etdiyi barədə məlumat verir, bunun isə həmin ərazilərdə aparılacaq bərpa və yenidənqurma işlərini, habelə bir milyondan artıq qaçqın və məcburi köçkünün öz yurdlarına qayıtma prosesi qarşısında ən böyük maneə olduğunu vurğulayır.

 

Jurnalist yazısında Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Elnur Məmmədovdan götürdüyü müsahibəyə istinad edərək, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinin və sərhədlərin delimitasiyasının Azərbaycan hökuməti qarşısında duran prioritet məsələlərdən olduğunu, lakin Ermənistan tərəfindən bu məsələlərlə bağlı konstruktiv yanaşmanın olmadığını bildirir.

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayevanın sözlərinə istinad edən jurnalist, sadəcə Ağdam şəhəri ətrafında 97 min partlamamış minanın olduğunu qeyd edir. Yazıda L.Abdullayevanın “Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərinə üçtərəfli bəyanatı dəstəkləmələri və yeni reallıqları nəzərə alaraq təkliflərin verilməsi barədə müraciətinə baxmayaraq, onlar tərəfindən bugünədək heç bir təklif verilməyib” fikrinə istinad olunur. Latın Amerikası ilə əlaqələrdən bəhs edən L.Abdulayevanın Azərbaycanın 2019-cu ildən etibarən Sakit Okean Alyansında müşahidəçi statusunu aldığını xatırladaraq “coğrafi məsafələrin artıq turizm, iqtisadi və mədəni sahələrdə əlaqələrin inkişafına maneə yaratmamalıdır” deyə vurğuladığı bildirilir.

 

Jurnalist həmçinin Cəbrayıl, Ağdam və məqalədə Azərbaycanın mədəniyyət beşiyi kimi istinad etdiyi Şuşaya səfərindən bəhs edir, orada yaşayış məskənlərinin dağıdıldığını, tarixi-memarlıq abidələrinin erməni vandalizminə məruz qaldığının şahidi olduğunu təəssüflə qeyd edir. Cəbrayılda müsəlman qəbiristanlığının ermənilər tərəfindən dağıdılaraq, burada qəbir daşlarının sındırılmasının, qəbirlərin qazılaraq cəsədlərin çıxarılmasının şahidi olduğunu qeyd edən jurnalist, bu mənzərədən çox təsirləndiyini və bu vandalizmin insanlıqla bir araya sığmadığını vurğulayır. O həmçinin yazısında, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə səfər etdikləri və hərbi əməliyyatların aparıldığı bölgədən kənarda yerləşən bu şəhərin ermənilər tərəfindən ballistik raketlərlə zərbə endirilməsi nəticəsində günahsız insanların öldürüldüyü, yüzlərlə insanın yaralandığı və böyük dağıntıların yarandığı barədə məlumat verir.

 

Meksikalı ekspert işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən artıq intensiv şəkildə bərpa və yenidənqurma işlərinin həyata keçirdiyini və bu şəhərlərin tezliklə əvvəlkindən də gözəl, baxımlı hala gətiriləcəyini qeyd edir. Məqalədə həmçinin, yaxın zamanda açılmış Füzuli beynəlxalq hava limanı və “ağıllı şəhər” konsepsiyası sayəsində bu ərazilərə yatırılan investisiyaların miqdarının çoxalacağı və geniş iqtisadi imkanların yaradılacağı qeyd olunur.

 

Yazıda müasir Azərbaycanın iqtisadi nailiyyətləri, bu xüsusda, həyata keçirdiyi iri miqyaslı enerji və nəqliyyat-infrastruktur layihələri, Azərbaycan ərazisində əlverişli biznes imkanları barədə məlumat verilir.

 

Sonda, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin sözlərinə istinad edən meksikalı jurnalist, ABŞ, Fransa və Argentinadakı nüfuzlu erməni diasporu tərəfindən dəstəklənən revanşist qruplaşmaların səylərinə baxmayaraq, Ermənistanla Azərbaycan arasındakı gərginliyin müharibənin yenidən başlanmasına səbəb olacağının istisna edildiyini və Azərbaycanın münaqişəyə birdəfəlik son qoyduğunu bildirir.

 

Qeyd olunmalıdır ki, “El Universal” qəzetinin internet portalında məqalə ilə əlaqədar videosüjet yayımlanıb. Həmçinin məqalədə reallıqları əks etdirən foto və infoqrafik məlumatlar öz əksini tapıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Beyrut hadisələri ilə əlaqədar 19 nəfər saxlanıldı 16 Oktyabr 2021, 00:52 İranın Baş Qərargah rəisi Moskvaya gedir 16 Oktyabr 2021, 00:33 GDU-nun prorektoru dünyasını dəyişdi 16 Oktyabr 2021, 00:08 Türkiyədə 181 nəfər koronavirusdan öldü 15 Oktyabr 2021, 23:55 "Qarabağ"ın futbolçusu Krımda toy edir - FOTOLAR 15 Oktyabr 2021, 23:25 Rusiya həbsxanasında qiyam 15 Oktyabr 2021, 23:07 AFFA-dan məşhur serialla bağlı AÇIQLAMA 15 Oktyabr 2021, 22:45 Rusiyaya qanunsuz geyim keçirmək istəyən azərbaycanlılar saxlanıldı   15 Oktyabr 2021, 22:40 Vətən müharibəsindən bəhs edən filmə MÜKAFAT verildi 15 Oktyabr 2021, 22:27 Pentaqon rəhbəri Zelenski və Qaribaşvili ilə görüşəcək 15 Oktyabr 2021, 22:17 İtaliyada COVID sertifikatlarına qarşı ETİRAZ 15 Oktyabr 2021, 22:08 Türkiyə-Azərbaycan-Gürcüstan parlament komissiyalarının İCLASI 15 Oktyabr 2021, 21:51 Komitə sədri: “Radikal qruplaşmaların asayişi pozmaq imkanları sıfırdan aşağıdır” 15 Oktyabr 2021, 21:38 Ölkəmizdə “Formula-1”  bu tarixlərdə keçiriləcək 15 Oktyabr 2021, 21:27 Nərimanovda intihara cəhdin qarşısı alındı 15 Oktyabr 2021, 21:09 Ermənistan YALAN məlumat yayıb 15 Oktyabr 2021, 20:54 Polşa Türkiyədən yeni silahlar alacaq 15 Oktyabr 2021, 20:34 Bu ölkə vətəndaşlarının Azərbaycana giriş-çıxışına İCAZƏ VERİLDİ 15 Oktyabr 2021, 20:18 Türkiyədə 2 terrorçu zərərsizləşdirildi 15 Oktyabr 2021, 20:09 İlham Əliyev Müstəqillik Günü haqqında qanunu TƏSDİQLƏDİ 15 Oktyabr 2021, 19:52 Güneydəki həbslərlə bağlı bəyanat verildi 15 Oktyabr 2021, 19:51 ABŞ səfiri Fərid Qayıbovla görüşdü 15 Oktyabr 2021, 19:41 Ceyhun Bayramov fransızlara Ermənistanın cinayətlərindən DANIŞDI 15 Oktyabr 2021, 19:28 Azərbaycandan Gürcüstana gedənlər 2.2 dəfə ARTIB 15 Oktyabr 2021, 19:17 Britaniyalı deputat bıçaqlandı 15 Oktyabr 2021, 19:12 Ağdamda yeni mərkəz açıldı 15 Oktyabr 2021, 19:00 Bu şəxslər daha 5 il vergi və gömrük rüsumu ödəməyəcək  15 Oktyabr 2021, 18:52 Qanunsuz ov edən şəxs cəzalandırıldı 15 Oktyabr 2021, 18:45 Hərbi sirr kimi gizlədilən telekanal REYTİNQLƏRİ 15 Oktyabr 2021, 18:38 LDU-da elmi-nəzəri konfrans keçirilib - FOTO 15 Oktyabr 2021, 18:30 Müdafiə Nazirliyi MAXE qəbulu elan etdi 15 Oktyabr 2021, 18:22 BMT Baş katibinin müavini Fuad Hüseynova təşəkkür etdi 15 Oktyabr 2021, 18:15 Rusiyadan gətirilən 67 ton kartof məhv edildi 15 Oktyabr 2021, 18:07 Telman İsmayılov Rusiyaya ekstradisiya olunacaq... 15 Oktyabr 2021, 18:01 Xarici valyutaların üç günlük MƏZƏNNƏSİ 15 Oktyabr 2021, 17:55