Modern.az

Baş infeksionist: “Testin düzgün götürülməməsi nəticəyə təsir edir”

Baş infeksionist: “Testin düzgün götürülməməsi nəticəyə təsir edir”

15 Sentyabr 2021, 16:15

“COVID testinin pozitiv çıxması birmənalı olaraq xəstəliyin olduğunu təsdiqləyir. Müxtəlif cavablar əldə edilməsi ilə bağlı şikayətlər olur. Ümumiyyətlə, tibbdə 100 faizli nəticə yoxdur. Bu testlərin informativliyi 70-80 faizdir”.

 

Modern.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Bu gün COVID-19” mövzusunda çıxışında deyib.

 

Baş infeksionist deyib ki, testlər standart olmadığına görə müxtəlif yerlərdə müxtəlif cavabların əldə edilməsi mümkündür:

 

“Seroloji testlərə etibar edib diaqnoz qoyulmur. ÜST tərəfindən də təsdiqlənən əsas üsul PZR testidir. Yəni, artıq virus aşağı tənəffüs orqanlarına düşübsə, PZR yaxmanın neqativ, seroloji müayinənin nəticəsinin isə pozitiv çıxması normaldır. Xəstəliyin 2-ci həftəsində virus aşağı tənəffüs orqanlarına enir və oradan yaxma götürmək mümkün deyil. Götürülmüş analizin düzgün yoxlanılması, dərindən götürülməsi məsələsi nəzərə alınmalıdır. Belə olan hallarda mənfi nəticələr qaçılmazdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir