Arxiv
27 Sentyabr 2021, 15:46 | AKTUAL
Daşkəsəndə Anım Günü qeyd olunub - FOTO

 

Sentyabrın 27-də Daşkəsəndə Anım Günü münasibətilə rayonun 4500-dən çox sakini Daşkəsən rayon Şəhidlər xiyabanını ziyarət edib.

 

Modern.az xəbər verir ki, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Şəhidlər xiyabanındakı əbədi məşəlin önünə əklil qoyub.

 

Əhəd Abıyev ümumrayon tədbirində çıxış edib: 

 

- Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Vətənimiz uğrunda  Müharibədə qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhid əsgər və zabitlərimizin əziz xatirəsinə dərin hörmət və ehtiram əlaməti olaraq sentyabrın 27-sini Anım Günü kimi Azərbaycanın bütün ərazi bölgələrində, şəhər və rayonlarında, o cümlədən Daşkəsən rayonunda da  qeyd edilir. 

 

Bu Anım Günündə Şəhidlərimizin ruhuna dualar oxunur, onların əziz xatirəsi yad edilir. 

 

Cəmi 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu ordunu darmadağın edərək, böyük tarixi qələbəyə nail oldu.

 

Artıq Qarabağ Azərbaycan xalqı üçün arzu deyil, reallıqdır. Bu reallığı yaradan və qələbəmizi təmin edən Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, fədakar qalib ordumuzun əsgər və zabitlərinə, qazilərimizə, bütün şəhidlərimizə daşkəsənlilər adından sonsuz minnətdarlığımızı ehtiramla bildiririk. 

 

Bu gün Prezident cənab İlham Əliyevin, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğı nümunə olmaqla, şəhidlərimizin xatirəsi xalqımız üçün daima əzizdir.

 

Vətən Müharibəsində Daşkəsən rayonundan da yüzlərlə gənc könüllü olaraq ordu sıralarına qoşulmuş, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə misilsiz qəhrəmanlıq dastanı yazmışlar. Onlardan 32 nəfəri müqəddəs şəhidlik zirvəsinə ucalmışdır. 

 

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuzdur.

 

Vətən övladları şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır! 

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin, əziz ruhları şad olsun!

 

Sonra rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, ictimaiyyət nümayəndələri və sakinlər qəmli musiqi sədaları altında şəhid məzarlarına güllər düzüblər.

 

Əhəd Abıyev şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqalları və veteranları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. 

 

Anım Günündə şəhid ailələrinin üzvləri, qazi və Vətən Müharibəsi iştirakçıları hüquq-mühafizə orqanları ilə birgə rayonun Şəhidlər xiyabanı ərazisində şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçiriblər. Əhəd Abıyev əkilmiş 500-dən çox ağaca mütəmadi qulluq göstərilməsi üçün tapşırıqlarını verib.

 

Daha sonra Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri  ilə Vətən Müharibəsi şəhidi Ələsgərov Pərviz Lətif oğlunun doğum gününü yad etmək üçün Mədənçilər qəsəbəsində şəhidin valideynlərinin yaşadığı evdə olublar. Əhəd Abıyev şəhidin valideynləri ilə söhbət edib, Pərviz Ələsgərovun döyüş yolundan söhbət açıb. Həmçinin rayon rəhbəri şəhid ailələri və qazilərlə bağlı Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın ardıcıl mühüm tədbirlər gördüyünü diqqətə çatdırıb. Şəhid atası Lətif Ələsgərov, anası Aybəniz Ələsgərova ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını və buna görə minnətdarlıqlarını bildiriblər.

 

Qeyd edək ki, Anım Günündə Əhəd Abıyev Xoşbulaq kənd qəbiristanlığında Vətən Müharibəsi şəhidi Bağırov Eşqin Rafiq oğlunun məzarını ziyarət edib, ailə üzvləri ilə görüşüb.

 

Sonra Əhəd Abıyev Qazaxyolçular kəndinə gələrək Vətən Müharibəsi şəhidi Cabbarov Muraz İlham oğlunun xatirəsinə inşa olunan bulağın tikinti işləri ilə maraqlanıb, lazımi köməklik göstərib.  

 

Anım Günündə rayon İcra hakimiyyətinin məsul əməkdaşları Gəncə şəhər Şəhidlər xiyabanda daşkəsənli şəhid məzarlarını ziyarət ediblər.    

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ukraynalı deputatlar Gəncəyə getdi - FOTO 17 Oktyabr 2021, 12:49 Sabahın havası: yağış, qar... 17 Oktyabr 2021, 12:43 Bakının bəzi ərazilərində içməli su kəsiləcək    17 Oktyabr 2021, 12:39 Çində gəmi batdı: itkin düşənlər var 17 Oktyabr 2021, 12:29 Deputat şəhidin doğum günündə ailəsini ziyarət etdi 17 Oktyabr 2021, 12:18 Gürcüstanda koronavirusa yoluxanların sayı artdı 17 Oktyabr 2021, 12:15 Müdafiə Nazirliyindən azad edilən ərazilərlə bağlı yeni VİDEO  17 Oktyabr 2021, 11:58 Şadlıq sarayının sahibi cərimələndi 17 Oktyabr 2021, 11:51 "Ermənilərin ...əsas qalası darmadağın edildi" - Hikmət Hacıyev 17 Oktyabr 2021, 11:45 Ermənistanda virusa yoluxanların yeni sayı 17 Oktyabr 2021, 11:39 Dünya şöhrətli incəsənət xadimi Azərbaycan xalqına təbrik ünvanladı 17 Oktyabr 2021, 11:30 Tiflisdə 18 Oktyabr marafonu: bizim üçün qaçacaqlar 17 Oktyabr 2021, 11:25 Yaralı yoldaşını döyüş meydanından çıxararkən şəhidliyə ucalan snayper 17 Oktyabr 2021, 11:15 Mahir Əmrəli məhşur Avropa klublarının hədəfində  17 Oktyabr 2021, 11:08 Zaqatalada minik avtomobili yandı 17 Oktyabr 2021, 10:59 Saakaşvili: "Polislər yaxınlaşmağa cürət eləmirdilər" 17 Oktyabr 2021, 10:51 Tanınmış azərbaycanlı karikaturaçıdan nazirə etiraz - Türkiyəni təmsil etməyə qərar verdi 17 Oktyabr 2021, 10:45 Müstəqilliyimizi ilk dəfə olaraq ərazi bütövlüyü şəraitində qeyd edirik 17 Oktyabr 2021, 10:45 Rusiyada ilk: atalar günü qeyd edilir 17 Oktyabr 2021, 10:39 Gürcüstandakı soydaşlarımızdan 18 oktyabr təbriki - FOTO 17 Oktyabr 2021, 10:29 17 oktyabrın SAVAŞ XRONİKASI: Füzuli alındı, Gəncə vuruldu 17 Oktyabr 2021, 10:24 Gürcüstanda seçkilərin ikinci turu: vaxt açıqlandı 17 Oktyabr 2021, 10:14 Şəhid anaları və xanımları üçün aksiya keçirilib 17 Oktyabr 2021, 10:10 Türkiyədə kurs keçən hərbçilərimizdən daha bir uğur 17 Oktyabr 2021, 10:09 Britaniyalı deputatın qatilinın adı açıqlandı  17 Oktyabr 2021, 10:05 Rusiyada qatar arabada olan körpəni vurub öldürdü 17 Oktyabr 2021, 09:59 Füzulidə sərnişin avtobusu yandı 17 Oktyabr 2021, 09:51 Rüstəm Behrudi əməliyyat olunacaq 17 Oktyabr 2021, 09:46 Özbəkistan və Əfqanıstan rəsmiləri görüşdü   17 Oktyabr 2021, 09:35 Zeynəb Xanlarova HARALARDADI... 17 Oktyabr 2021, 09:24 Ermənistanda infilyasiya rekord vurdu 17 Oktyabr 2021, 09:19 ABŞ-da şənlik iştirakçıları atəşə tutuldu 17 Oktyabr 2021, 09:09 İvanişvilinin biznes mərkəzi qarşısında etiraz aksiyası 17 Oktyabr 2021, 08:58 Qardaş ölkədə ağır qəza 17 Oktyabr 2021, 08:49 Ermənistan yenə YALAN məlumat yayıb 17 Oktyabr 2021, 01:12