Modern.az

Şəhid Mübariz İbrahimov məktəbi İstanbulda QAZİLƏRİMİZLƏ

Şəhid Mübariz İbrahimov məktəbi İstanbulda QAZİLƏRİMİZLƏ

27 Sentyabr 2021, 16:44

Bu gün Türkiyənin İstanbul şəhərində yerləşən Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin üzvləri, həmçinin şəhid Mübariz İbrahimov məktəbinin şagird və müəllimləri İkinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşən və yaralanan qaziləri ziyarət ediblər.

 

Modern.az xəbər verir ki, İstanbulda Bağçılar Təhsil və Araşdırma xəstəxanasında müalicə alan qazilərimizi ziyarət edən kollektiv onlara minnətdarlıqlarını bildiriblər.

 

Məktəbin direktoru Məhsəti Şərif Özyürek bildirib ki, anım günündə şagirdlərə tarix haqqında danışmaqdansa, tarixi canlı göstərmək istəyiblər:

 

"Biz nə qədər onları ziyarət etsək, onlara təşəkkür etsək də onların qəhrəmanlığı ilə müqayisə edilməz. Tarix yazan qəhrəmanlarımıza hər daim borcumuz var. Onlar bizə zəfəri yaşadıblar. Allah qazilərimizə şəfa, şəhidlərimizə rəhmət eləsin".

 

Dərnəyin başqanı Aygün Həsənoğlu isə şagirdlərə qazilərimizi örnək göstərib:

 

"Bu oğullar Vətəndir, onlar bizim vətən torpağında qürurlu gəzməyimiz üçün canlarından keçiblər. Siz şagirdlər də onların başını uca etməli, Vətəni onlar kimi sevməlisiniz".

 

Qeyd edək ki, Füzulinin azad edilməsi uğrunda döyüşdə yaralanan qazilərimiz yeddi aydır, müalicə alırlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi