Modern.az

Fərid Qayıbov bu dəfə atıcılıq federasiyasında - FOTOLAR

Fərid Qayıbov bu dəfə atıcılıq federasiyasında - FOTOLAR

27 Sentyabr 2021, 20:03

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Atıcılıq Federasiyasının fəaliyyəti ilə tanış olub.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, F.Qayıbov stend və güllə atıcılığı üzrə yığma komandaların üzvləri ilə görüşüb, onların məşq proseslərini izləyib, problemlərini dinləyib.

 

Federasiyasının baş katibi Emin Cəfərov nazirə qurumun fəaliyyəti, yerli və beynəlxalq səviyyəli yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.

 

Görüşdə federasiya İcraiyyə Komitəsinin üzvü, olimpiya çempionu Zemfira Meftahəddinova və güllə atıcılığı üzrə yığma komandanın baş məşqçisi, olimpiya mükafatçısı İradə Aşumova iştirak ediblər.

 

Daha sonra nazir Respublika Stend Atıcılığı üzrə İdman Kompleksinin maddi-texniki bazasına baxış keçirib. Kompleksin şəraiti və fəaliyyəti ilə maraqlanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi